Temperatur 7 dərəcə aşağı enəcək - Xəbərdarlıq

Temperatur 7 dərəcə aşağı enəcək - Xəbərdarlıq
  • Olay

  • Noyabrın 15-i axşamdan 18-dək Bakıda və Abşeron yarımadasında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı gözlənilir.

    Asiya.az
    xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, noyabrın 15-i axşam şərq rayonlarında, 16-sı axşamdan isə əksər rayonlarda arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

    Havanın temperaturu tədricən 5-7 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı istisna olunmur.

    Qeyri-sabit hava şəraiti ikinci ongünlüyün sonunadək davam edəcək.
    PAYLAŞ:

    Oxşar xəbərlər