Kəlbəcərdə terror reallaşarsa, Azərbaycan necə hərəkət edəcək? (EKSPERT)

Kəlbəcərdə terror reallaşarsa, Azərbaycan necə hərəkət edəcək? (EKSPERT)
  • Hadisə

  • "Əgər noyabrın 15-də Kəlbəcərdə erməni ordusu hər hansı təxribat törədərlərsə, əsgərlərimiz bununla qarşılasarlarsa, Azərbaycan ordusu erməni qüvvələrinin məhv edilməsi üçün əməliyyat həyata keçirmək məcburiyyətində qalacaq".

    Asiya.az
    xəbər verir ki, bunu qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli Ermənistanın "Sasna Tsrer" terror təşkilatı tərəfindən Kəlbəcər rayonunda hazırlanan terror əməliyyatı ilə bağlı bəyanatdan danışarkən deyib.

    O bildirib ki, əgər orada hər hansı bir əməliyyat və terrorla qarşılaşsalar bütün məsuliyyət Rusiyanın üzərinə düşür:

    "Sülhməramlılar sadəcə olaraq erməniləri Kəlbəcər ərazisindən çıxardıb və ərazini Azərbaycana təhvil verilməsi prosesini icra edirlər. Çünki Azərbaycan qalib tərəfdir. Ermənistan öhdəlik götürüb ki, qoşunlarını oradan çıxartsın. Rusiya isə bu prosesə nəzarət mexanizmini həyata keçirən tərəfdir".

    Kəlbəcərdə terror reallaşarsa, Azərbaycan necə hərəkət edəcək? (EKSPERT)

    Ramil Məmmədli qeyd edib ki, bu proseslə məşğul olan tərəf Rusiyadır:

    "Rusiya üzərinə öhdəlik götürüb ki, vasitəçi tərəf olaraq Ermənistan hərbi birləşmələrini nəzərdə tutulan ərazidən çıxardacaq. Yəni, tələbin reallaşdırılması, icrası artıq birmənalı olaraq Rusiyanın üzərinə düşür".

    Qeyd edək ki, Ermənistanın "Sasna Tsrer" terror təşkilatının lideri Jirayr Səfilyan Kəlbəcər rayonunun Azərbaycana verilməsini pozmaq məqsədilə təxribat hazırladıqlarını bəyan edib. Qarabağla bağlı əldə edilmiş razılaşmalara əsasən, ermənilər noyabrın 15-dək Kəlbəcər rayonunun ərazisini tamamilə tərk edərək onu Azərbaycanın nəzarətinə verməlidirlər.

    Rayonun Azərbaycanın nəzarətinə verilməsinə bir neçə saat qalmış "Sasna Tsrer" qruplaşması Kəlbəcərə kütləvi avtoyürüş təşkil etməyə çağırıb. Avtoyürüş noyabrın 14-ü səhərə təyin edilib və onun haqqında məlumatlar sosial şəbəkələrdə fəal şəkildə yayılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər