Siyasi motivlərlə həbs olunanlarla bağlı Prezidentə müracət hazırlandı

Siyasi motivlərlə həbs olunanlarla bağlı Prezidentə müracət hazırlandı
  • Siyasət

  • "Siyasi motivlərlə bağlı həbs olunan şəxslər haqqında Prezidentə müracət hazırlamışıq".

    Asiya.az
    xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi, Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu deyib. Onun sözlərinə görə, sözügedən qurumun işçi qrupu bir siyahı hazırlayıb:

    "Siyahı iki hissədən ibarətdir. Ölkəmizdə həbsdə olan insanlar var. Onların əfv olunması üçün prezidentə müraciət edəcəyik. Xahiş edəcəyik ki, millətin birliyi üçün siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs əfv olunsun. İkinci siyahı isə Birinci Qarabağ müharibəsində iştirak edən şəxslərlə bağlıdır. Yəni, OMON-la. Bilirsiniz ki, birinci Qarabağ müharibəsində OMON üzvləri Qarabağda aktiv döyüşənlərdən olub. Biz ölkə Prezidentindən onların da əfv olunmasını xahiş etmişik".


    Novella Cəfəroğlu hesab edir ki, proses dekabra qədər yekunlaşacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər