Millət vəkili şəhid İlkin Məmmədovun ailəsini ziyarət edib - FOTO

Millət vəkili şəhid İlkin Məmmədovun ailəsini ziyarət edib - FOTO
  • Sosial / Manşet

  • Alpaqutçu şəhid qardaşımız İlkin Məmmədovun ailəsini ziyarət etdik.
    Şəhid idmançımız mənim də rəhbərliyində olduğum Dünya Alpaqut Federasiyası sıralarından Azərbaycan Böyük Vətən Müharibəsinə getmiş 31 igid qardaşımızdan biriydi. 31 alpaqutçudan İlkin Məmmədov daxil olmaqla 5 qardaşımız şəhid olub.

    O, Alpaqut Federasiyasında Caymaz sistemi üzrə koordinator, Alpaqut Döyüş Sənəti üzrə Azərbaycan kubokunun qalibi, Azərbaycan və Dünya çempionuydu. Yaxşı xatırlayıram, Dünya çempionatındakı qalibiyyətinə görə mükafatlandırma törənində İlkinin mükafatını mən təqdim etmişdim.

    İlkin Məmmədov əziz Şuşamız uğrunda gedən döyüşlərdə şəhid olub. Vətənimizin hər qarşı əzizdir, doğmadır, bununla belə, Şuşanın rəmzi və strateji mənası danılmzdır və döyüşçülərimiz Şuşanın azadlığını, haqlı olaraq, özlərinin müqəddəs borcu sayırdı. Heç təsadüfi deyil ki, İlkin qardaşımız anası ilə son telefon danışığında "Mən şəhid olsam, ağlamayın" deyib.

    İndi bütün şəhidlərimizin ruhu şaddır! Şuşa bizdədir! Biz qəhrəman şəhidimiz İlkin Məmmədovun ailə üzvləri ilə görüşdə də, məhz "Təki Vətən yaşasın!" ovqatını gördük, qürur gördük, fəxarət gördük! Bu ovqat onun valideynində, xanımında və bizlərə yadigar iki gül balasında, alpaqutçu həmkarlarında, bütün doğmalarında vardı.

    Şəhidimizin ruhuna əbədi ehtiramımızı bir daha ifadə edərkən, hər zaman ailə üzvlərinin yanında olacağımızı bildirdik. Ali dövlət rəhbərliyimizin şəhid ailələrinə münasibəti bizim hər birimizçün örnək təşkil edir; hər birimiz öz mənəvi məsuliyyətimizi fərqində olmalıyıq.
    Bir daha bütün şəhidlərimizin ruhu qarşısında baş əyir, ailələrinə səbr diləyirik.
    Millət vəkili Qənirə Paşayeva.
    Millət vəkili şəhid İlkin Məmmədovun ailəsini ziyarət edib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər