Bakıda 63 yaşlı qadın ana oldu - VİDEO

Bakıda 63 yaşlı qadın ana oldu - VİDEO
  • Maraqlı / Asiya TV

  • Bakı Sağlamlıq Mərkəzi daha bir uğurunun sevicini yaşayır.

    Asiya.az
    xəbər verir ki, 12 noyabr tarixində xəstəxanamızın həkimi Uzman Dr. Öndər Tulumbacı başda olmaqla Reproduktiv Sağlamlıq Mərkəzinin əməyi nəticəsində 63 yaşlı xanım Gövhər Cəfərova dünyaya oğlan uşağı gətirərək ana olması hamımızı sevindirdi.

    Ailənin ilki olan körpəyə 10 noyabr tarixi Qələbəmizin şərəfinə valdeynləri Zəfər adını verdi və vətəninə sadiq gələcəyin əsgərini yetişdirəcəyini bildirdilər. Ana illərdir həsrətində olduğu arzusunun gerçəkləşməsinə çox sevinir və bütün xanımlara tövsiyə edir ki, belə bir arzuları, məqsədləri varsa sonacan arxası ilə getsinlər.

    Qadın hər yaşda ana ola bilər. Bu xoşbəxtliyi ona yaşatdıqları üçün Dr. Öndər Tulumbacı və Dr. Emin Haqverdiyevə öz təşəkkürlərini bilirdirir. Hazırda uşaq sağlamdır və məzkəzimizin Yeni Doğulanların İntensiv Terapiyası bölməsində müalicəsi davam edir. Ana Gövhər Cəfərovanın sevincini, Dr. Öndər Tulumbacı və Dr. Emin Haqverdiyevin uğurunu Sizlərə təqdim edirik.
    PAYLAŞ:

    Oxşar xəbərlər