Xəstəxanadan huşsuz əsgər və zabitlərlə bağlı yayılan iddialar barədə AÇIQLAMA

Xəstəxanadan huşsuz əsgər və zabitlərlə bağlı yayılan iddialar barədə AÇIQLAMA
  • Sosial

  • Son günlər sosial şəbəkələrdə paylaşılan bir məlumat cəbhədə olan hərbçilərimizin ailələrini narahat edib.

    Asiya.az
    xəbər verir ki, bir neçə gündür sosial şəbəkələrdə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yaralı, huşsuz vəziyyətdə əsgər və hərbçilərin gətirildiyinə dair məlumatlar yayılıb. Cəbhədə olan əsgərlərdən xəbər ala bilməyən ailələr isə xəstəxanaya zəng edərək, məlumat almağa çalışdıqda, onlara yayılan məlumatların həqiqəti əks etdirmədiyi deyilir.

    Məsələ ilə bağlı Şirvan Şəhər Mərkəzi Xəstəxanasının baş həkim müavini Əfsər Nəcəfovla əlaqə saxlanılıb.

    O, Oxu.Az-a açıqlamasında bildirib ki, bu günə qədər xəstəxanaya huşsuz vəziyyətdə olan heç bir əsgər, zabit, hərbçi gətirilməyib:

    "Bu məlumatı kim və hansı məqsədlə yayıb, bilmirik. Amma heç biri həqiqəti əks etdirmir. Şirvan Şəhər Mərkəzi Xəstəxanasında yaralılar var, müalicə alırlar. Lakin onlar arasında yaddaşında problem olan, ailəsini tanıya bilməyən heç bir hərbçi yoxdur və olmayıb.

    Xahiş edirik, həqiqəti əks etdirməyən məlumatlar yayaraq, əsgərlərin ailələrinin hissləri ilə oynamasınlar”.
    PAYLAŞ:

    Oxşar xəbərlər