Bakıda kişi maşınının yanında özünü güllələyərək öldürdü - YENİLƏNİB+ FOTO

Bakıda kişi maşınının yanında özünü güllələyərək öldürdü - YENİLƏNİB+ FOTO
  • Hadisə

  • Nəsimi rayon Prokurorluğundan baş verən intihar hadisəsi ilə bağlı rəsmi açıqlama verilib.

    Asiya.az
    xəbər verir ki, qurumdan bildirilənə görə noyabrın 15-də saat 16 radələrində 1984-cü il təvəllüdlü Ramin Əliyevin Nəsimi rayonu, M.Zeynalabdıyev küçəsi 8 saylı binanın qarşısında özünə məxsus yivsiz ov silahı ilə baş nahiyyəsinə atəş açaraq özünü öldürməsi barədə Nəsimi rayon prokurorluğuna daxil olmuş məlumat əsasında prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülmüş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

    Fakta görə Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmış, zəruri ekspertizalar təyin edilmişdir.

    İntiharın səbəblərinin araşdırılması məqsədilə mərhumun ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınmışdır.

    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

    ***11:25

    Bakının Nəsimi rayonu ərazisində intihar hadisəsi baş verib.

    Asiya.az
    xəbər verir ki, hadisə noyabrın 15-i saat 16 radələrində qeydə alınıb.

    Belə ki, 1984-cü il təvəllüdlü Ramin Alməmməd oğlu Əliyev maşınının yanında özünü güllələyərək öldürüb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

    Qeyd edək ki, 3 uşaq atası olan Ramin Əliyev Nəsimi rayonunda kirayədə tək yaşayırmış. İlkin məlumata görə, onun heç kimə borcu olmayıb. Hadisənin səbəbləri araşdırılır.


    Bakıda kişi maşınının yanında özünü güllələyərək öldürdü - YENİLƏNİB+ FOTO
    Bakıda kişi maşınının yanında özünü güllələyərək öldürdü - YENİLƏNİB+ FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər