Ermənilər tələ qurub partlayış etmək istədilər - Əsgərimiz düşmənin planını pozdu - VİDEO

Ermənilər tələ qurub partlayış etmək istədilər - Əsgərimiz düşmənin planını pozdu - VİDEO
  • Hərb / Asiya TV

  • Qarabağda evləri tərk edib gedən ermənilər təxribatlarından əl çəkmirlər.

    Asiya.az
    xəbər verir ki, düşmən məkrli planlarını yenə həyata keçirir.

    Sosial şəbəkələrdə yayılan bir kadrda hərbçilərimiz düşmənin tələsini ifşa edib. Videoda bildirilir ki, düşmən qapalı bir məkanda qumbaradan tələ hazırlayıb.

    İçəri daxil olarkən partlayış baş verməsi planlaşdırılıb. Ancaq bizim təcrübəli hərbçilərimiz vaxtında bu tələnin qarşısını alıb və partlayıcını zərərsizləşdirib.

    Mövzu ilə əlaqədar ANAMA-nın operativ qərargahının rəisi İdris İsmayılov Oxu.Az-a açıqlamasında bildirib ki, artıq düşmənin belə "sürprizlərinə” hazırlıdırlar:

    "Belə deyə bilərəm ki, biz təlimlərimizdə xarici təşkilatlar, eləcə də, yerli mütəxəssislərimizlə evlərin təmizlənməsi ilə bağlı təlim kursları keçmişik. Belə ehtimallar qarşısında evlərə necə yaxınlaşmaq, necə ilkin addım atmaq lazım olduğunu bilirik. Eyni zamanda, əldəqayırma partlayıcı qurğulara qarşı təlimlərdə iştirak edən mütəxəssislərimiz var ki, onlar bu kimi hallara hazırdır.

    Düşmən tərəfindən bizə qarşı bu cür qurğuların yerləşdirilməsi, istifadə edilməsi gözləniləndir. Biz bu hallara tam hazırıq. Hazırda ANAMA-nın apardığı əməliyyatlar zamanı tank əleyhinə minalar belə götürülərkən onun altında hər hansı "sürpriz”lərin olmasını nəzərə alaraq, uzaqdan dartma üsulundan istifadə edirik.

    Bu üsulla həmin minaların götürülməsi və zərərsizləşdirilməsi həyata keçirilir. Bu hallara daha çox rast gəlinəcəyini nəzərə alaraq, qruplar mütəmadi olaraq xüsusi təlimlərə cəlb edilir və öz fəaliyyətlərini davam etdirirlər”.

    PAYLAŞ:

    Oxşar xəbərlər