Solovyovun efirində Ərdoğanla bağlı tarixi RƏZİLLİK

Solovyovun efirində Ərdoğanla bağlı tarixi RƏZİLLİK
  • Dünya / Asiya TV

  • Rusiyanın "Rossiya 1” Televiziya kanalında yayımlanan "Vladimir Solovyov ilə Axşam” proqramı növbəti dəfə qalmaqallı çıxışlara səhnə olub.

    Asiya.az
    xəbər verir ki, Azərbaycanın 44 günlük Vətən Savaşı dövründə və ondan sonrakı müddətdə mütəmadi olaraq qərəzli mövqe və jurnalist etikasına sığmayan şərhlərə yer verən, türk düşməni, islam əleyhdarı mövqeyindən çıxış edən Vladimir Solovyov bu dəfə daha da irəli gedib.
    Heç bir qırmızı xətti və sərhədi olmayan Solovyov verilişin 17.11.2020-ci il buraxılışına qonaq qismində özü qədər Azərbaycan və Türkiyəyə nifrət saçan "Həqiqət Uğrunda” partiyasının üzvü Sergey Mixeevi dəvət edib.

    Türkiyə mövzusunda debat zamanı Mixeev özünün sözdə həqiqətini unudaraq Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəp Tayyip Ərdoğanı açıq təhqir edib.

    Rəsmi kanalda açıq-aşkar təhqiramiz ifadələr işlətmək jurnalist etikasının kobud şəkildə pozulmasıdır. Təəssüflə qeyd edək ki, Solovyov və ona bənzər subyektlərin bu etikadan istədikləri kimi sui-istifadə halları hər keçən gün artmaqdadır.

    Kim bilir, bəlkə də bu "həqiqət” axtaranlara dərs vermək zamanı yetişib.

    PAYLAŞ:

    Oxşar xəbərlər