Ağdərənin 6 kəndi Azərbaycana QAYTARILIR

Ağdərənin 6 kəndi Azərbaycana QAYTARILIR
  • Cəmiyyət / Manşet

  • Ağdərinin 7 kəndindən ermənilər çıxarılır.

    Asiya.az xəbər verir ki, bu haqda "rayonun rəhbəri" Ayk Baxşiyan "Novosti Armenia"ya bildirib.

    Söhbət ermənilərin Nor Marağa, Nor Aygestan, Seysulan, Nor Karmiravan, Nor Akadzhur, Ovtaşen və Nor Jraberd adlandırdığı kəndlərdir. adlandırdığı kəndlərdən gedir.

    "Azərbaycan ordusu irəliləyəcək, həmçinin orada sülhməramlılar yerləşdiriləcək. İndi bir şey deyə bilərəm: təxliyə ilə bağlı qərar var", - deyə Baxşiyan deyib.

    Ağdərə ərazisinin qondarma adminstrasiya rəhbəri Sasun Harutyunyan da bildirib ki, rayonun 6 kəndi Azərbaycana veriləcək. Kənd sakinlərinə ərazini boşaltmaq əmri verilib. Onlar 19 noyabr 23:00-a kimi kəndləri boşaltmalıdır.

    Qeyd olunur ki, bu yaşayış məntəqələri münaqişə öncəsi inzibati bölgüyə görə, Ağdam rayonuna məxsus olub. Kəndlərin Qarabağ bəyanatının şərtlərinə əsasən veriləcəyi bildirilib.

    Erməni tərəfi bu kəndlərin yeni bölgüyə əsasən, Ağdərə yox, Ağdam rayonunun ərazisində yerləşdiyini rəsmən bəyan edib.

    Qeyd edək ki, kəndlərin adı dəyişdirilmiş və eybəcərləşdirilmiş şəkildə təqdim edilib.

    Xatırladaq ki, Azərbaycan Milli Məclisi Ağdərə inzibati rayonunu ləğv edib. Rayonun bəzi kəndləri Ağdama, bəziləri Tərtərə, bir hissəsi isə Kəlbəcərə verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər