Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTOLAR

Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTOLAR
  • Hərb

  • Sosial şəbəkələrdə Azərbaycanın sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevin oğlunun cəbhə bölgəsində çəkilən fotoşəkilləri yayılıb.

    Həmin fotoşəkillərdə sabiq nazirin oğlu Yusif Əliyev hərbi geyimdə, əlində silah görüntülənir.

    Asiya.az-ın əməkdaşı Yusif Əliyevin yaxın qohumları ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirib.

    1994-cü il təvəllüdlü Yusif Fərhad oğlu Əliyev Böyük Britaniyada təhsil alıb. Azəbaycanda vətən müharibəsi başlayarkən Yusif könüllü olaraq cəbhəyə gedib.

    O, Füzuli, Cəbrayıl, Zəngilan və Xocavənd rayonlarının işğaldan azad edilməsində iştirak edib.

    Yusif Əliyev hazırda ön cəbhədə xidmətini davam etdirir.
    Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTOLAR
    Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTOLAR
    Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTOLAR
    Fərhad Əliyevin oğlu ön cəbhədə - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər