Üç gün qaldı: Ermənilər Ağdamın qayıtması prosesini də ləngitmək istəyir?

Üç gün qaldı: Ermənilər Ağdamın qayıtması prosesini də ləngitmək istəyir?
  • Siyasət / Araşdırma

  • "Ağdamla bağlı belə bir mənzərəni yaşayacağımızı düşünmürəm”

    Asiya.az
    xəbər verir ki, sfera.az-a açıqlamasında bu sözləri ermənilərin Kəlbəcərdən sonra Ağdamdan çıxmaq üçün də əlavə vaxt istəyib-istəməyəcəkləri məsələsinə toxunarkən politoloq İlqar Vəlizadə deyib:

    "İnanmıram, əslində olmamalıdır. Kəlbəcər bütün bu rayonlar içərisində ermənilər tərəfindən ən sıx məskunlaşdığı ərazi olub. Ona görə də bu ərazini tərk etməkdə texniki baxımdan əlavə vaxt istəmələri müəyyən qədər başa düşüləndir. Ağdama gəldikdə, burada ermənilər tərəfindən ümumiyyətlə yaşayış olmayıb. Tək-tük hallarda yaşayanlar olub. Digər tərəfdən, Kəlbəcər boşaldılmaq üçün nəzərdə tutulan ilk rayondur. Bu mənada Ağdamın boşaldılması üçün indinin özündə belə kifayət qədər vaxt verilib. Hazırda Kəlbəcər Vardeniz istiqamətində hərəkət edən maşınlarda ərazini tərk edənlər arasında tək Kəlbəcərdə deyil, digər işğal olunmuş ərazilərimizdə məskunlaşan ermənilər də var”.

    Bununla belə, həmsöhbətimiz ermənilərin Ağdamla bağlı da anoloji addım atmağa çalışacaqlarını istisna etmədi:

    "Onlar buna cəhd edə bilərlər. Ermənilərdən hər şey gözləmək olar. Ancaq Azərbaycan tərəfindən onlara kifayət qədər vaxt, güzəşt verilib. Hər dəfə bu cür güzəştlər istəmək heç nəyi həll etməyəcək”.
    PAYLAŞ:

    Oxşar xəbərlər