Orduda koronavirusa kütləvi yoluxma var? - Hacıyev AÇIQLADI

Orduda koronavirusa kütləvi yoluxma var? - Hacıyev AÇIQLADI
  • Hərb

  • Çox müsbət haldır ki, tibb sisteminin professionallığı sahəsində Silahlı Qüvvələrin şəxsi heyətində yoluxma halları baş verməmişdir.

    Asiya.az
    xəbər verir ki, bunu Prezidentin köməkçisi-Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

    O bildirib ki, silahlı qüvvələrin şəxsi heyətininin tərkibinə daxil edilən hər kəs testdən keçirilir: "Tibbi personalın yükünün qarşısını almaq üçün məsuliyyət göstərməyimiz vacibdir. Yaralı əsgərlərimizin koronavirusa yoluxmasını qarşısını almaq da tibb sisteminin məsuliyyətidir".

    H.Hacıyev qeyd edib ki, son günlərdə özünü müalicə hallarının sayı artıb: "Son məqamda xəstəxanaya müraciət edirlər ki, bu da çətinliklər yaradır. Təkcə Azərbaycansa deyil, dünyada proses baş verməkdədir. Vaksinin alınması istiqamətində işlər həyata keçirilməkdədir. Beynəlxalq müstəvidə BMT-nin koronavirusa qarşıs xüsusi sessiyanın həyata keçirilməsi üçün müşavirə keçirilib. Sessiyanın ümumi müzakirələr çərçivəsində seqmentinin 3-4 dekabrda keçirilməsi gözlənilir".
    PAYLAŞ:

    Oxşar xəbərlər