Azərbaycanlı idmançı “Kuruluş Osman”da rol alıb - Fotolar

Azərbaycanlı idmançı “Kuruluş Osman”da rol alıb - Fotolar
  • İdman

  • Dünya şöhrətli kikboksçu Zabit Səmədov məşhur türk serialı “Kuruluş Osman”ın ikinci sezonunda rol alıb.

    Asiya.az
    Türkiyə mətbuatına istinadən xəbər verir ki, idmançımız serialın çərşənbə günü yayımlanacaq 35-ci bölümündə ilk dəfə izləyicilərin qarşısına çıxacaq.

    Qeyd edək ki, serialın prodüseri, ssenari yazarı və proyekt dizayneri Mehmet Bozdağ sosial şəbəkədə məsələ ilə bağlı açıqlama verərkən Azərbaycana salam göndərib:

    “Bütün dünyada uğurları ilə bizi qürurlandıran azərbaycanlı kikboksçu Zabit Səmədov “Kuruluş Osman” serialına qatıldı. Can Azərbaycana salam olsun. Ordularımız müzəffər olsun!”.

    Azərbaycanlı idmançı “Kuruluş Osman”da rol alıb - Fotolar
    Azərbaycanlı idmançı “Kuruluş Osman”da rol alıb - Fotolar
    Azərbaycanlı idmançı “Kuruluş Osman”da rol alıb - Fotolar
    PAYLAŞ:

    Oxşar xəbərlər