“Çox az adam İlham Əliyevi başa düşürdü” – Fransa qəzetindən SENSASİON YAZI

“Çox az adam İlham Əliyevi başa düşürdü” – Fransa qəzetindən SENSASİON YAZI
  • Siyasət

  • Fransanın məşhur "Le Monde” qəzetində İkinci Qarabağ savaşı barədə geniş məqalə dərc edilib.

    Asiya.az
    xəbər verir ki, "Ermənistanın Dağlıq Qarabağda darmadağın edilməsi” başlıqlı yazıda Qarabağ münaqişəsinin tarixinə, Birinci Qarabağ savaşına və nəhayət, ermənilərin məğlubiyyətinin səbəblərinə toxunulub.

    Nəşr hesab edir ki, Ermənistan bir neçə səbəbdən müharibəni acı məğlubiyyətlə başa vurub.

    "Le Monde”a yazır ki, Ermənistan illüziyalar və miflərlər bəslədiyi üçün Qarabağ münaqişəsində barışmaz mövqe üzərində dayanmaq İrəvan üçün çox asan idi.

    Qəzet yazır ki, ermənilərin inandığı miflərdən birincisi Ermənistan ordusunun "məğlubedilməzliyi” ilə bağlı idi. Ermənilər Birinci Qarabağ savaşındakı "qəhərmanlıq hekayətləri”ndən ilhamlanaraq ordunun dəyişməz üstünlüyünə inanır və bundan ilhamlanırdılar.

    Ermənilərin inandığı ikinci mif isə Rusiyanın onları hər bir halda qoruyacaqları ilə bağlıdır.

    "Bu Rusiya ilə Ermənistan arasında uzun müddət davam edən dostluqla əlaqəlidir. Bu dostluğun maddi təzahürü Rusiyanın Gümrüdəki 3000 nəfərdən ibarət hərbi bazasıdır. Moskva ilə İrəvan arasında ikitərəfli və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində müqavilələrdə Rusiyanın Ermənistana təcavüz olunduğu halda köməyə gələcyi nəzərdə tutulub. Dağlıq Qarabağ isə Ermənistanın ərazisi hesab olunmur. Lakin bu fakt hər hansı təhülkə olacağı təqdirdə Rusiyanın köməyə gələcəyinə inamına heç bir təsir göstərməyib.

    Baxmayaraq ki, 2016-cı ilin aprelində baş verən qısa müddətli müharibə həm azərbaycanlıların hərbi sahədə texnoloji üstünlüyünü, həm də Rusiyanın münqaşiyə müdaxilə etmək istəməməsi baxımından ermənilər üçün siqnal idi.

    "Jirayr Liparityan deyir ki, heç kimə qulaq asmaq istəmirdik. "Nə azərbaycanlılar bizə müharibə elan edəcəklərini deyəndə, nə də Rusiya bizi xilas etməyəcəyi barədə xəbərdarlıq edəndə qulaq asmadıq. Zamanın əlimizə oynadığını və gözləməklə daha çox şey əldə edəcəyimizə inanmağı seçdik. İmkanlarımızı həddindən çox qiymətləndirdik, rəqiblərimizi isə qiymətləndirmədik", - qəzet yazır.

    Məqalədə deyilir ki, məğlubiyyətin ilk səbəblərindən biri sürpriz effekt olub. Ermənistan sentyabrın 27-də başlayan yeni eskalasiyanın da 2016-cı ilin aprel və 2020-ci ilin iyul döyüşləri kimi qısa müddətli olacağına inanıb.

    "Amma bu təəccüblü görünür. Çünki Azərbaycan Prezidenti İlham Əliyev ilk gündən etibarən qarşısına məqsəd qoymuşdu: Dağlıq Qarabağı geri qaytarmaq.

    Bu, müharibədə qeyri-adi hal deyil. Bəzən hamı o qədər yalana qərq olur ki, bəzən müharibənin məqsədini onu başlayan tərəfin açıq şəkildə səsləndirdiyini unudurlar. Ermənistanda da belə idi. Kimlərsə sərhəd toqquşmaları barədə düşünür, kimlərsə isə Azərbaycanın İrəvana qədər irəliləcəyindən və "soyqırım” edəcəyindən qorxurdu. Çox az adam İlham Əliyevin həqiqəti söylədiyini başa düşürdü”, - məqalədə vurğulanır.

    Nəşrə görə ermənilərin məğlubiyyətinin ikinci səbəbi hərbi disbalansla bağlıdır. Ermənitsanın Azərbaycan əks-hücum əməliyyatına uzun müddət hazırlaşmasını və hərbi potensialını, Azərbaycan Ordusunun daha güclü olduğunu gözardı edib.

    "Məğlubiyyətin üçüncü səbəbi, şübhəsiz ki, İrəvanın diplomatik "uzaqgörənliyi” idi. Bütün münaqişə boyunca Ermənistan, Minsk Qrupunun tez bir zamanda barışığa nail olmaq üçün siyasi, yaxud Dağlıq Qarabağı xilas etmək üçün Rusiyanın hərbi müdaxiləsinə inanırdı. Amma onlar açıq-aşkar bir şeyi etiraf etməli idilər: Minsk Qrupunun himayəsi altında razılaşdırılmış üç atəşkəs heç bir nəticə verməyib. Moskvanın birbaşa hərbi müdaxiləsinə gəlincə, bu, heç düşünülməmişdi. Bu həqiqət müharibənin əvvəllərində yenidən səsləndirildi və Rusiya diplomatiyası tərəfindən dəfələrlə təkrarlandı: Rusiya yalnız Ermənistanın özünə hücum olacağı təqdirdə müdaxilə edəcək.

    Dördüncü səbəb müharibənin aparılması ilə əlaqədardır.

    Könüllü Qarikin danışdığı hekayə kimi bir çox hekayə var: "Ağır itkilərdən sonra on gün ərzində əraziləri itirəcəyimizə və silahlarımızı yerə qoyacağımıza əmin idik. Tələb etdik ki, bizi Ermənistana qaytarsınlar. Ancaq komandirimiz ilk dron hücumundan sonra bizi qoyub qaçdı”, - "Le Monde” yazıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər