Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 32 nəfər öldü

Azərbaycanda koronavirusa yoluxanların sayı artdı - 32 nəfər öldü
  • Cəmiyyət

  • Azərbaycanda koronavirus infeksiyasına daha 3 705 yoluxma faktı qeydə alınıb, 1 609 nəfər müalicə olunaraq sağalıb.

    Asiya.az
    xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 32 nəfər vəfat edib.

    Hazırkı dövrədək ölkəmizdə 106 101 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 68 572 nəfər müalicə olunaraq sağalıb, 1 256 nəfər vəfat edib. Aktiv xəstə sayı 36 273 nəfərdir.

    Ötən müddət ərzində 1 665 832 test aparılıb. Bugünkü test sayı isə 19 178-dir.
    PAYLAŞ:

    Oxşar xəbərlər