“Əsarətdən azadlığa QARABAĞ” adlı konfrans keçirildi

“Əsarətdən azadlığa QARABAĞ” adlı konfrans keçirildi
  • Sosial

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva qardaş Türkiyənin on minlərlə üzvü olan "Memur-Sen" təşkilatının üzvlərinə “Əsarətdən azadlığa QARABAĞ” adlı konfrans verib.

    Asiya.az xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva, qardaş Türkiyənin nüfuzlu həmkarlar təşkilatlarından olan “Memur-Sen”in Baş Mərkəz Qadın Komitəsinin təşkil etdiyi “Əsarətdən azadlığa QARABAĞ” mövzulu “onlayn- konfrans”da məruzə ilə çıxış edib.

    “Memur-Sen” Konfederasiyası Baş Mərkəzində gerçəkləşdirilən proqrama, “Memur-Sen” başqanı Ali Yalçın, “Memur-Sen” Qadınlar Komitəsi başqanı Sıdıka Aydın və “Memur-Sen”in birləşmiş qadın təşkilatları qatılıb. “Memur-Sen” Baş Mərkəz Qadınlar Komitəsi başqanı Sidika xanım Aydının aparıcısı olduğu konfrasda, cənab Ali Yalçın salamlama nitqi söyləyərək, Azərbaycan ordusunun illərdir Ermənistanın işğalı altında olan torpaqlarını azad etməsi vəsiləsiylə belə bir toplantı keçirməyi məqsədəuyğun bildiklərini söylədi: “Can Azərbaycanı hərbi uğuruna görə bir daha təbrik etmək istəyirik.

    “Memur-Sen” olaraq, bu mübarək mücadilənin sevincini bölüşdüyümüzü ifadə edirik. Sevincliyik ki dost, qardaş, can Azərbaycanımız işğal altında olan torpaqlarını azad etdi və bu torpaqlardakı ruhu yenidən canlandırdı. Tarixə düşən bu mücadilələri münasibəti ilə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla hər kəsi təbrik edirik! Mücadilə müddətində Dağlıq Qarabağ mövzusu Türkiyədəki qurum-quruluşların da gündəmindən düşmədi. Azərbaycan ziyarətimizdə də vurğulamışdım: Laylamız Qarabağ, türkümüz Qarabağ, ümidimiz Qarabağdır, sevincimiz də Qarabağ olacaq. Çox şükür, sevincimiz Qarabağ oldu”! Xanım Sıdı...
    PAYLAŞ:

    Oxşar xəbərlər