“Azərbaycanla sərhəd danışıqları...” - Tatoyan izahat istədi

“Azərbaycanla sərhəd danışıqları...” - Tatoyan izahat istədi
  • Dünya

  • Ermənistan hökuməti Azərbaycan-Ermənistan arasında sərhədlərin təyini ilə bağlı ətraflı açıqlama verməlidir.

    Asiya.az
    xəbər verir ki, bunu Ermənistan ombudsmanı Arman Tatoyan deyib.

    Müharibədən sonra sərhədlərin necə olacağı haqda ictimaiyyətə məlumat verilməsini vacib sayan erməni ombudsman əlavə edib ki, sərhəd kəndlərində yaşayan sakinlərin qeyri-məyyənlikdə saxlanılması qəbuledilməzdir:

    “Hesab edirəm ki, hakimiyyət Ermənistanla Azərbaycan arasında sərhədlərin necə təyin olunacağını ətraflı izah etməlidir. Onlar bu məsələnin təfərrüatını izah etməyə borcludur. Bunu özləri üçün xoşagəlməz nəticələrə yol verməmək və mümkün xalq narazılığını zəiflətmək üçün etməlidirlər. Nəhayətdə bunun ölkəmizin təhlükəsizliyi ilə əlaqəli olduğunu anlamalıdırlar”.

    Qeyd edək ki, sosial şəbəkələrdə dövlət sərhədinin dəqiqləşdirilməsindən sonra Ermənistanın Azərbaycanla sərhədinə yaxın bir sıra kəndlərin və yolların taleyinin şübhəli olacağına dair məlumatlar yayılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər