Azərbaycanlı əsgər morqda ayıldı

Azərbaycanlı əsgər  morqda  ayıldı
  • Olay

  • Morqa aparılan azərbaycanlı əsgər dirilib.

    Asiya.az
    sonxeber.az-a istinadən xəbər verir ki, məlumata görə həmin əsgər baş kəşfiyyatçı Hüseynov Elxan Maarif oğlu olub. Bildirilir ki, o Şuşa və digər işğalda olan şəhər və kəndlərimizin azad olunmasında əvəzsiz xidmət göstərib. Döyüş tapşırığını həyata keçirən zaman, snayper atəşi nəticəsində başından yaralanan Elxanın şəhid olduğu güman edilir və əsgər yoldaşları tərəfindən morqa aparılır. 2 gün morqda qaldıqdan sonra, 3-cü gün digər valideyinlər öz nəəşlərini təhvil götürməyə gəldikdə Elxanın "Xırıltısını " eşidiblər və onun sağ olduğunu anlayıb dərhal xəstəxanaya aparmaq qərarına gəliblər.

    Xəstəxanaya aparılarkən maşını minaya düşüb və möcüzəvi şəkildə həyatda qalmağı bacarıb, lakin daha da ağır yaralanıb.

    Hazırda Elxan, Bakı şəhərində reanimasiyada yatır.
    PAYLAŞ:

    Oxşar xəbərlər