Famil Əlizadənin şəhid olmasının 40-cı günü

Famil Əlizadənin şəhid olmasının 40-cı günü
  • Cəmiyyət

  • Bu gün könüllü əsgər Əlizadə Famil Habil oğlunun şəhidlik məqamına yüksəlməsinin 40-cı günüdür.

    Artıq şəhid Famil də, digər şəhidlərimiz kimi rahat uyuya bilər. Çünki 44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı.
    İşğal altında olan torpaqlarımız düşmən tapdağından azad edildi. 28 illik ayrılığa son qoyuldu.

    Əlbəttə ki, qorxmadan düşmən üzərinə şığıyan igid əsgərlərimizin fədakarlığı ilə qazanılan qələbədə Famil Əlizadənin də payı var. Onun adı Azərbaycan döyüş salnaməsinə yeni tarix yazanlar sırasındadır.

    Könüllü şəhid əsgər Əlizadə Famil Habil oğlu 3 may 1999-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində dünyaya göz açıb. 2016-cı ildə qəsəbədəki 3 nömrəli tam orta məktəbi bitirib. Təhsilini peşə liseyində davam etdirib. 2017-ci ilin iyulunda SHXÇDX Masallı rayon şöbəsi tərəfindən hərbi xidmətə çağırılıb. Ötən ilin yanvarında ordudan tərxis olunub.

    İkinci Vətən müharibəsi başlanan gündən könüllü olaraq döyüşlərə qatılıb. Cəbhə boyu əksər döyüşlərdə qəhrəmanlıqla vuruşan Famil Əlizadə Füzuli rayonunun alınmasında, Yuxarı Əbdürrəhmanlı kəndinin işğaldan azad edilməsində xüsusi şücaət göstərib. Oktyabrın 21-də şəhidlik zirvəsinə yüksəlib.

    Şəhid əsgər Famil Əlizadə subay idi. Ailədə bir bacı, iki qardaş olublar.

    Ermənistan silahlı qüvvələrinin təxribatına qarşı keçirilən əks-hücum əməliyyatları zamanı şəhid olan könüllü əsgər Əlizadə Famil Habil oğlu oktyabr ayının 22-də, Ərkivan qəsəbəsinin Bağlaküçə qəbiristalığında torpağa tapşırılıb.
    Məkanın cənnət olsun, şəhidim!
    Cəfər Cəfərov, Asiya.az
    Famil Əlizadənin şəhid olmasının 40-cı günü
    Famil Əlizadənin şəhid olmasının 40-cı günü
    Famil Əlizadənin şəhid olmasının 40-cı günü
    Famil Əlizadənin şəhid olmasının 40-cı günü
    PAYLAŞ:

    Oxşar xəbərlər