Masallının qocaman jurnalisti Cəmil Nemətov vəfat etdi

Masallının qocaman jurnalisti Cəmil Nemətov vəfat etdi
  • Cəmiyyət / Manşet

  • Bir vaxtlar Masallı rayonunda fəaliyyət göstərən yerli radio verilişlərinə rəhbərlik edən jurnalis Cəmil Nemətov dünən vəfat edib.

    Cəmil Nemətov 22 noyabr 1939-cu ildə Masallı rayonunun Ərkivan qəsəbəsində, Masallıda mətbuatın bünövrəsini qoyan jurnalist Nemət Nemətovun ailəsində dünyaya göz açmışdı.

    Cəmil Nemətov Leninqradda (indiki Sankt-Peterburq) üç illik hərbi xidməti başa vurduqdan sonra fasilələrlə rayon rabitə şöbəsində və mərkəzi kitabxanada işləyə-işləyə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub.

    Ömrünü jurnalistikaya bağlayan Cəmil Nemətovun bu peşəyə yiyələnməyinin səbəbkarı atası – Masallı mətbuatının banisi Nemət Nemətov olub.

    Cəmil Nemətov 60-cı illərdə Masallı rayonunda fəaliyyət göstərən yerli radio verilişləri redaksiyasının ilk redaktorlarından biri olub. Eləcə də "Çağırış” qəzetində maraqlı məqalələrlə çıxış edib.

    Daha sonra isə həmin vaxtlar rayonda fəaliyyət göstərən, həftədə 3 dəfə verilişlər təşkil edən Yerli Radio Verilişlərinin rəhbəri olub.

    Azərbaycanın gözəl şairlərindən biri Məmməd Kazım yerli radiodan gedəndən sonra (o vaxt Bakıya köçmüşdü) onun yerinə Cəmil Nemətov təyin edilir.

    Cəmil Nemətov yerli radioya rəhbərlik edən illər dinləyicilər bir çox yeniliklərin şahidi olur. Deyilənə görə, hər axşam saat 19:00-da Masallıda elə bir ailə olmazmış ki, “beş manatlıq radio”da Cəmil Nemətovun hazırladığı verilişlərə qulaq asmasın. Cəmil Nemətov o dövr üçün çox çətin bir proses olan və yerli stadiondan birbaşa canlı olaraq futbol reportajı aparmağa nail olmuşdur.
    Bakı Ali Partiya Məktəbini bitirib. Bir müddət 3 nömrəli rayonlararası tikinti trestində həmkarlar komitəsinin sədri vəzifəsində çalışıb.
    Dörd övladı var.
    Allah rəhmət etsin!
    PAYLAŞ:

    Oxşar xəbərlər