“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? – Cinayətdə Rafiq Masallınski izi

“Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? – Cinayətdə Rafiq Masallınski izi
  • Hadisə

  • Kriminal aləmdə “Lotu Quli” kimi tanınan azərbaycanlı “qanuni oğru” Nadir Səlifovun ətrafı onun öldürülmə səbəbinin kəsilmiş qulağa görə intiqam olduğunu hesab edir.

    Asiya.az
    xəbər veri ki, bu barədə “Rosbalt” məlumatlı mənbəyə istinadən xəbər verir.

    Nəşrin məlumatına görə, Türkiyədə öldürülən “Quli”nin ortaqları qətllə bağlı öz araşdırmalarını aparıblar. Onlar əmindirlər ki, cinayətin təşkilatçısı Rafiq Eyvazovdur (“Rafiq Masallınski”).

    Belə ki, adıçəkilən “qanuni oğru”ların hər zaman mürəkkəb münasibətləri olub. 2013-cü ildə “Masallınski” həbs edildikdə, “Quli” hər kəsə onu “qanuni oğru” kimi tanımamağa çağırıb.

    2017-ci ildə isə “Quli”nin əmri ilə Rafiq Eyvazova hücum edilib və onun qulağı kəsilib.

    Mənbənin məlumatına görə, bundan sonra “Masallınski” intiqam alacağına söz verib və hücumda iştirak edən Nadir Səlifovun ətrafından iki nəfəri öldürüb. Avtoritetin özünə çatmaq üçün isə o, “Quli”dən zərər çəkmiş digər “qanuni oğruları” ətrafına toplamağa başlayıb.

    Qətlin maliyyələşdirilməsində isə 2016-cı ildə güllələnən Rövşən Caniyevin (“Lənkəranski”) yaxınları iştirak ediblər.

    Qeyd edək ki, “Lənkəranski”nin qətlində “Quli”nin əli olduğu düşünülür.
    “Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? – Cinayətdə Rafiq Masallınski izi
    “Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? – Cinayətdə Rafiq Masallınski izi
    Rafiq Eyvazov
    “Lotu Quli” kəsilmiş qulağa görə qətlə yetirilib? – Cinayətdə Rafiq Masallınski izi
    Nadir Səlifov
    PAYLAŞ:

    Oxşar xəbərlər