Asiya.az xəbər verir ki, bunu ekspert Natiq Cəfərli deyib. "Yəni, qalan torpaqlarımızı silahsız, dronsuz, top-tüfəngsiz ayaqla, piyada gedərək, tikib-quraraq, yaşayıb öz varlığımızı göstərərək azad edəcəyik. Hamımız əlimizi daşın altına qoymalıyıq, Xocalıya ədalət artıq o şəhəri qurub-yaratmaqla olmalıdır. Sonra orada möhtəşəm "Xocalı Abidəsi" açılmalı, Azərbaycan vətəndaşlığını qəbul edəcək erməni əsilli azərbaycanlılara pasport o abidə önündə təqdim edilməlidir. Rusiya "sülhməramlıları" Qarabağa İrəvandan Xankəndinə adam daşımaq üçün gəlməyib (əslində ona gəlib), bütün qaçqın-köçkünlərin geri qayıtmasına zamin olaraq gəlib (əslində elə olmasına məcbur etməliyik). Nə qədər ki, 5 il burdadılar, onlardan ağılla maksimum istifadə etmək zamanıdır!” – N.Cəfərli qeyd edib.
“Bəs Xocalı, Xankəndi, Xocavənd?” deyənlərə CAVAB