Ermənilər Zəngəzurda 8 km geri çəkildi

Ermənilər Zəngəzurda 8 km geri çəkildi
  • Siyasət / Manşet

  • "Biz çox irəlidə idik və ilk gündən 8 km geri çəkildik. Nə edə bilərdik, dövlət sərhədi bu hissədən keçir”.

    Asiya.az
    xəbər verir ki, bunu Ermənistanın Sünik vilayətinin (Zəngəzur) Kornidzor kəndinin icra nümayəndəsinin müavini Arkadi Açatryan deyib.

    Onun sözlərinə görə, Laçın rayonu Azərbaycanın nəzarətinə keçəndən sonra Kornidzor kəndi sərhədyanı olub:

    "İndi kənd sərhəddən 400 metr, bizim mövqelərimiz isə kənddən 200 metr məsafədədir. Mövqeləri yerli sakinlərdən ibarət dəstə qoruyur”.

    Xaçatryan əlavə edib ki, otlaq və əkin sahələrinin böyük hissəsi artıq sərhədin o biri tərəfindədir. "İndi kənd təsərrüfatının profilini dəyişdirmək, istixana təsərrüfatı, intensiv heyvandarlıqla məşğul olmaq lazımdır", - deyə o qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər