Lalə İbrahimova: “Xəstəliyin görünən simptomları 7-14 gündən sonra ortaya çıxır”

Lalə İbrahimova:  “Xəstəliyin görünən simptomları 7-14 gündən sonra ortaya çıxır”
  • Araşdırma, Cəmiyyət

  • “Son vaxtlar ölkəmizdə COVID-19-a yoluxma halları və ölüm sayı hər gün artır. Gündəlik statistika bunun bariz nümunəsidir. Koronavirusun belə geniş miqyasda yayıldığı dövrdə Qarabağ müharibəsi zamanı yaralanmış hərbi qulluqçuların yoluxmasının qarşısını almaq xüsusilə vacibdir”.

    Asiya.az
    xəbər verir ki, bunu Mərkəzi Gömrük Xəstəxanasının həkimi Lalə İbrahimova deyib.

    Onun sözlərinə görə, Azərbaycan Vətən müharibəsində qalib gəlib, lakin görünməyən düşmən COVID-19 ilə mübarizə davam edir:

    “Vətəndaşlarımıza virusa yoluxduqdan sonra inkubasiya müddətinin 7-14 gün olduğunu xatırlatmaq istəyirəm. Yəni infeksiya daşıyıcısı olduğunuz halda heç bir simptomunuz olmaya və başqalarını yoluxdura bilərsiniz. Xəstəliyin görünən simptomları yalnız inkubasiya dövrü bitdikdən sonra ortaya çıxır”.

    Yeni bir koronavirus infeksiyasına yoluxan insanların 80 faizində xəstəlik simptomsuzdur. Eyni zamanda, onların 15 faizinin vəziyyəti orta, 5 faizinin isə ağır olaraq qiymətləndirilir”, - deyə L.İbrahimova əlavə edib.

    Həkim yoluxmuşlarda baş verən ağırlaşmaların əsas səbəbinin immunitetin zəifliyi və yanaşı xəstəliklərlə izah edib.

    “Buna görə də vətəndaşlarımıza müraciət etmək istəyirəm. Başa düşürəm ki, hamımız ordumuza və qələbəyə görə minnətdarıq. Ancaq hələlik yaralı hərbçiləri ziyarət etməkdən çəkinməliyik, söhbət xəstəxanadan çıxanlardan gedir. Təəssüf ki, sosial şəbəkələrdə hərbçilərin necə ziyarət edildiyi, qucaqlandığı, öpüldüyü və yaxın ünsiyyət zamanı maskanın götürüldüyü barədə kadrlar yayılır. Bu pandemiyada dövründə belə olmamalıdır”.

    “Yaralı əsgərlərimizin zəif immunitetini nəzərə alaraq bu cür görüşləri təxirə salmağınızı xahiş edirəm, onlarla onlayn söhbət edə bilərsiniz. Bu, onlara olan sevginizin ən bariz nümunəsi olacaq”, deyə Lalə İbrahimova sözlərini yekunlaşdırıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər