Daşkəsəndə avtomobil aşdı, sərnişini öldü

Daşkəsəndə avtomobil aşdı, sərnişini öldü
  • Olay

  • Daşkəsən rayonunda yol qəzası baş verib.

    Asiya.az
    xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Belə ki, dekabrın 4-ü saat 8 radələrində Daşkəsən rayonunun Çovdar kəndi ərazisində Yevlax rayon sakini V.Mustafayev idarə etdiyi "Mitsubishi” markalı avtomobili aşırıb və nəticədə sərnişini, Tovuz rayon sakini Şahlar Abbaslı aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Daşkəsən Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər