“Çimmək, duş, vanna qəbul etmək olmaz!” - Məşhur həkimdən koronavirus xəstələrinə MƏSLƏHƏT

“Çimmək, duş, vanna qəbul etmək olmaz!” - Məşhur həkimdən koronavirus xəstələrinə MƏSLƏHƏT
  • Maraqlı

  • "Covid-19 infeksiyasının erkən dövrdə tez və daha dəqiq təyin edilməsinin ən doğru yolu burun boğazdan edilən yaxmadır. Lakin, testin edilməsi üçün müəyyən qaydalara riayət olunması vacibdir. Belə ki, bu qaydaların pozulması COVID-19 zamanı testin aşkarlama faizinə çox neqativ təsir edir və yanlış nəticə vermə ehtimalını yüksəldir".

    Asiya.az
    xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında allerqoloq-pulmonoloq Ramin Nəriman deyib.

    O bildirib ki, COVID-19 zamanı burun-boğazdan ediləcək yaxmaya hazırlıq qaydası belədir: səhər yuxudan oyanandan sonra ağzınızı yaxalamayın, dişinizi fırçalamayın, su-çay içməyin, yemək yeməyin, siqaret çəkməyin, burnunuzu silib təmizləməyin. Yaxma verəndən sonra gündəlik həyatınıza davam edə bilərsiniz.

    Həkimin sözlərinə görə, diaqnostikanın digər metodu seroloji metoddur:

    "COVID-19-u təyin etmək üçün erkən dövrdə qanda koronavirus əleyhinə igM və igG yoxlamağın demək olar ki, heç bir diaqnostik əhəmiyyəti yoxdur. Çünki bunlar ən tez xəstəlik başlayandan 5-7 gün sonra yarana bilər. Xəstəliyin müalicəsində isə məhz ilk həftə həyati vacib dövrdür. Yəni igM və igG əsasında diaqnozlaşdırılan COVID-19 artıq gecikmiş dövrü əhatə edir. Xəstəliyin ən ağır dövrü 6-12-ci günləri əhatə edir".

    Həkim qeyd edib ki, döş qəfəsinin kompyuter tomoqrafiyası (KT, CT) da COVID-19 xəstəliyini aşkarlama metodlarından biridir.

    "KT-nin də olunması üçün şikayətlər başlayandan sonra ən azı 3 sutka gözləmək lazımdır. KT müayinənin ən optimal günləri 5-7-ci günlərdir. Əgər xəstədə yaxma metodu ilə COVID-19 aşkarlanıbsa və pasientin vəziyyəti qənaətbəxşdirsə, KT etməyə gərək yoxdur. Xəstəlik sağalandan sonra isə təkrar KT etmək qəti yolverilməzdir. COVID-19 zamanı ağciyərdə yaranan dəyişikliklər 2-3 ay ağciyərdə qala bilər və bu tədricən keçib gedəcək. Heç bir müayinə metodu koronavirusu 100% tam təsdiq və ya tam inkar etmir.

    Əlavə olaraq onu deyim ki, soyuq xəstəliyi hədsiz dərəcədə ağırlaşdırır. Xəstəlik dövründə çimmək, duş, vanna qəbul etmək olmaz".
    PAYLAŞ:

    Oxşar xəbərlər