“İcra başçısı işin arxasında olduğu üçün şikayətlərim ört-basdır edilir” – sahibkarı narazı salan səbəblər..

“İcra başçısı işin arxasında olduğu üçün şikayətlərim ört-basdır edilir” – sahibkarı narazı salan səbəblər..
  • Sosial / Araşdırma

  • “İki ildir ki, ismayıllı rayon İvanovka kolxozuna kənd təsərrüfatı işləri görmüşəm. Lakin pulumu və müqavilə ilə mənə borclu olduqları 20 ton arpanı ala bilmirəm”.

    Bu sözləri Göyçay rayon Şahsoltanlı kənd sakini Zülfiqarov Qüdrət Əlisan oğlu tərəfindən Asiya.az xəbər portalının elektron poçtuna ünvanlanan şikayət məktubunda yazıb.

    Şikayətçi daha sonra yazır, “Sahibkaram. Kənd təsərüfatı texnikalarım var. İki ildir ki, ismayıllı rayon İvanovka kolxozuna kənd təsərrüfatı işləri görmüşəm. Lakin pulumu və müqavilə ilə mənə borclu olduqları 20 ton arpanı ala bilmirəm.

    Hər dəfə 5800 manat pulumu və 20 ton arpamı istəyəndə kolxozun sədr müavini Vasili mənə bildirirki İsmayıllı icra başçısı anbarı açmağa icazə vermir. Dəfələrlə aidiyyatı qurumlara müraciət etsəmdə icra başçısı işin arxasında olduğu üçün şikayətlərim ört-basdır edilir. Hətda mənim əvəzimə fakturaya saxta imzada çəkiblər.

    İcra başçısı məsələyə müdaxilə etdiyinə görə İsmayıllı rayon hüquq mühafizə orqanları heç bir təsirli tədbirlər görə bilmir.

    Mən mətbuat vasitəsi ilə ölkə rəhbərliyinə müraciət edərək xahiş edirəm məsələnin həll olunması üçün müvafiq köməkliklər göstərilməsi üçün tapşırıqlar versin. Bu dediklərimi təsdiq edən səs yazılarıda varki kolxoz sədrinin müavini dediklərimi təsdiq edir.
    Lakin rayon prokuroru sifarişlə işi ört basdr edir.
    Əlaqə telefonu; 055 218-23-00”

    Asiya.az olaraq yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.
    PAYLAŞ:

    Oxşar xəbərlər