Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Ceyhun Həsənovdan yazdı

Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Ceyhun Həsənovdan yazdı
  • Hərb

  • Ceyhun Aydın oğlu Həsənov
    [center][/center]
    29 oktyabr 1985-ci ildə Tovuzun Çeşməli kəndində doğulub. Sonra ailəsi ilə Bakı şəhəri Xətai rayonuna köçüb. 1992-ci ildə Xətai rayonundakı Ədalət Abbasov adına 257 saylı orta məktəbə gedib. Orta məktəbdə oxuduğu müddətdə basketbol yarışlarında fəal iştirak edib habelə fənn olimpiadalarında uğurla iştirak edib.

    2001-ci ildə Cəmşid Naxçıvanski adına hərbi litseyə daxil olan Ceyhun, oxuduğu müddətdə tağım komandiri vəzifəsini icra edib. Müdavimkən güləş yarışlarında yer tutub. 2002-ci ildə hərbi litseydə 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycan Əsgəri” bədii qiraət müsabiqəsində uğurlu çıxışına görə “Diplom”la təltif olunub.

    Ceyhun 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Orada təhsil aldığı müddətdə manqa komandiri vəzifəsini icra edib. 2008-ci ildə həmin məktəbi “Motoatıcı” ixtisası üzrə bitirib, ona leytenant rütbəsi verilib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin cüdo birinciliyində “Fəxri fərman”la təltif olunub.

    2009-cu ildə Müdafiə Nazirinin əmri ilə Naxçıvan Muxtar Respublikasına göndərilib. 02 iyun 2010-cu ildə “N” saylı hərbi hissəyə tağım komandiri təyin olunub.

    27 iyun 2011-ci ildə Baş leytenant hərbi rütbəsi alıb. Əlahiddə Ümumqoşun Ordu komandanının Əmrinə əsasən 04 noyabr 2011-ci ildə “N” saylı hərbi hissədə bölük komandiri təyin olunub.

    15 sentyabr 2015-ci ildə kapitan hərbi rütbəsi verilib.

    Culfa, Şahbuz, Ordubad, Qıvraq, Şərur və Sədərəkdə ön xətdə hərbi vəzifəsini yerinə yetirib.

    21 oktyabr 2019-cu ildə Beyləqandakı “N” saylı hərbi hissəyə göndərilib.

    Cəsur zabitimiz 01.07.2018-ci il, yeddinci ayın ilk günündə ailə həyatı qurub. 2019-cu il avqustun 6-da əkiz oğlan övladları dünyaya gəlib.

    Azərbaycan Böyük Vətən Müharibəsi başladığı ilk gün kapitan Ceyhun Həsənov da öncəbhədə, döyüşlərdəydi. Cəbrayıl, Xocavənd, Füzuli istiqamətində uğurlu əks-həmlədə, torpaqlarımızın azad olunması müqəddəs vəzifəsində bir cəsur Bölük komandiri olaraq, iştirak edib, öndə olub, əsgərlərinə örnək olub.

    Füzulidə Şəhid olub Ceyhun. Şəhid kapitanımız 2020-ci il sentyabrın 29-da II Fəxri Xiyabanda dəfn olunub.

    Azərbaycan Respublikası Prezidentinin 09 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

    Qəhrəmanımızın ruhuna əbədi ehtiram!
    Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva
    Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Ceyhun Həsənovdan yazdı
    Qənirə Paşayeva Vətən Müharibəsi Qəhrəmanı şəhid kapitan Ceyhun Həsənovdan yazdı
    PAYLAŞ:

    Oxşar xəbərlər