Döyüşdə yaralanıb gələn bəzi əsgərlərə qazi statusu nədən verilmir? (ŞƏRH)

Döyüşdə yaralanıb gələn bəzi əsgərlərə qazi statusu nədən verilmir? (ŞƏRH)
  • Araşdırma / Hərb

  • "Hərbi əməliyyatlara qatılan hər bir şəxs veterandır".

    Asiya.az
    xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib. Onun sözlərinə görə, II Qarabağ müharibəsində iştirak edən əsgərlərə veteran statusunun verilməsi qanunla tənzimlənir:

    Döyüşdə yaralanıb gələn bəzi əsgərlərə qazi statusu nədən verilmir? (ŞƏRH)

    "Bu, hərbiyə, silaha, müharibəyə deyil, birbaşa deputatlara aid məsələdir. Bu proses qanunvericilik səviyyəsində tənzimlənməlidir. Hərbi əməliyyatlara qatılan hər bir şəxs veterandır. Qanunvericilikdə "qazi” deyə bir termin yoxdur. Müharibə iştirakçıları üçün veteran, əlil və şəhid statusu var. Mən də bunun əleyhinəyəm".

    Ədalət Verdiyev hesab edir ki, əgər əsgər döyüşübsə, nəzərdə tutulan statusu almalıdır:

    "Belə söz-söhbət gəzir. Amma mən düşünmürəm ki, yaralanan adama status verməsinlər. Bəziləri var ki, gedib döyüş bölgəsinə çatmamış veteran statusu tələb edir. Amma döyüşə qatılmayana bu status verilməyəcək. Çünki belə olsa, onda orada yaşayan bütün mülki əhali veteran omalıdır, onlar orada atəş altında yasayıblar".

    Xatırladaq ki, döyüşdə yaralanıb qayıdan bəzi əsgərlərimiz onlara qazi statusunun verilməməsindən şikayətlərini dilə gitirirlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər