Dövlət daha beş siyasi partiyanı ofis sahələri ilə təmin edib - FOTO

Dövlət daha beş siyasi partiyanı ofis sahələri ilə təmin edib - FOTO
  • Siyasət

  • Daha beş siyasi partiya ofis sahələri ilə təmin olunub.

    İqtisadiyyat Nazirliyindən verilən məlumata əsasən, Əmlak Məsələləri Dövlət Xidməti AĞ Partiya, Böyük Azərbaycan Partiyası, Milli Vəhdət Partiyası, Azərbaycan Naminə Alyans Partiyası, Milli Həmrəylik Partiyası nümayəndələrinə ofis sahələrinin açarlarını təqdim edib.

    Onlar fəaliyyət göstərəcəkləri ofislərlə tanış olublar. Beləliklə, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən son günlərdə artıq 10 siyasi partiya qeyri-yaşayış sahəsi ilə təmin olunub. Yaxın vaxtlarda digər siyasi partiyalara da ofis sahələrinin verilməsi nəzərdə tutulur.

    Qeyd edilib ki, bu proses Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, normal fəaliyyətin təmin edilməsi, iş şəraitinin yaxşılaşdırılması məqsədilə siyasi partiyaların dövlət mülkiyyətində olan qeyri-yaşayış sahələri ilə təmin olunması çərçivəsində aparılır.
    Dövlət daha beş siyasi partiyanı ofis sahələri ilə təmin edib - FOTO
    Dövlət daha beş siyasi partiyanı ofis sahələri ilə təmin edib - FOTO
    Dövlət daha beş siyasi partiyanı ofis sahələri ilə təmin edib - FOTO
    Dövlət daha beş siyasi partiyanı ofis sahələri ilə təmin edib - FOTO
    Dövlət daha beş siyasi partiyanı ofis sahələri ilə təmin edib - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər