Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR

Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
  • Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Tovuz rayonundan olan bir qrup yaralı qazilərimizlə görüşüb və hər zaman yanınızdayıq deyib.

    Asiya.az
    xəbər verir ki, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində yaralanmış qazilər – Turqut Məmmədov, Yaşar Əhmədov, Afiq Məmmədov, Cavid İsaqov, Amil Alıyev, Taleh Süleymanov, Elmar Abdullayev, Orxan Abdullayev, Surxay Məstanov, Ülvi Kərimov, Vüsal Babayev, Musa Əsgərov, Şirxan HümmətovQismət Fərzəliyevlə görüşüb.

    Qənirə Paşayeva qaziləri işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edib, onların qayğıları, sağlıq durumları ilə maraqlanıb.

    “Əziz qazilər, sizin də sıralarında döyüşdüyünüz Silahlı Qüvvələrimiz Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək zəfərin qazanılmasında fədakarlıqlar göstərərək, gələcək hərbçi nəsillərimiz üçün unudlumaz örnəklər yaratdı.

    Üçrəngli müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə, zirvələrimizdə dalğalandıran siz fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalq-dövlət birliyini bütün dünyaya nümayiş etdirdiniz. Sizlər əcdadımızın mükəmməl hərb gələnəyini texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırdığı saxta mifləri qısa müddətdə darmadağın etdiniz.

    Özəlliklə vurğulamaq istərdim ki sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, digər yaşayış məntəqələrimizdə tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin də bərpası, təmiri üçün imkanlar açıb.

    Müharibə günlərində şəhid olan hərbçilərimizin və mülki şəxlərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların ruhunu şad etdiyiniz üçün sizə təşəkkür edirəm!

    Yaralarınız tez sağalsın! Fədakar həkimlərimiz indiyədək olduğu kimi bundan sonra da sizin qulluğunuzdadır; fürsətdən istifadə edib, iki cəbhədə döyüşən ağxalatlı əsgərlərimizə də öz minnətrdarlığımı çatdırıram. Biz də, əlimizdən gəldiyi qədər sizin yanınızdayıq. Sizə diqqət-qayğı göstərmək sahəsində ali dövlət rəhbərliyimizin yaratdığı nümunələr, bizi sizlərə qarşı ikiqat diqqətli olmağa dəvət edir.

    Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgərlərimizi, zabitlərimizi bir daha tarixi zəfər münasibəti ilə ürəkdən təbrik edirəm”!

    Qazilərimizin hər birinin sağlıq durumu, qayğıları ilə fərdi qaydada maraqlanan Qənirə Paşayeva, müvafiq qurumlarla, o cümlədən tibb müəssisələri ilə telefonla əlaqə saxlayıb və qazilərimizin bəzi qayğıları, sualları yerindəcə öz həllini tapıb.

    Qənirə Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu təqdim edib, üstünə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı bağışlayıb.

    Qazilər səmimi görüş üçün minnətdarlıq bildiriblər.

    Görüşdə “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova iştirak edib.
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva Tovuzdan olan bir qrup yaralı qazilərlə görüşdü - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər