Şəhid Vüsal Cəfərov Daşkəsəndə dəfn edildi - VİDEO/FOTO

Şəhid Vüsal Cəfərov Daşkəsəndə dəfn edildi - VİDEO/FOTO
  • Hərb

  • Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəfərov Vüsal Daşkəsən rayon Şəhidlər xiyabanında dəfn olundu.

    Daşkəsənlilər hər zaman öz vətənpərvərliyi ilə seçilmişlər. İstər I Qarabağ müharibəsində, istərsə də Vətən müharibəsində ön cəbhədə və arxa cəbhədə çox fəallıq göstərmiş, neçə-neçə igid oğullarımız şəhidlik zirvəsinə yüksəlmişdir.

    Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsi ilə əlaqədar elan olunmuş qismən səfərbərlik nəticəsində Daşkəsən rayonundan da onlarla gəncimiz könüllü olaraq bu çağırışa qoşulmuşdur.
    Vətənimizin azadlığı üçün bu yolda canını əsirgəməyən, ölümün gözünə dik baxan qəhrəman şəhidlərimizlə qürur duyuruq!
    Onlardan biri də 1995-ci il təvəllüdlü, şəhid Cəfərov Vüsal Saxləddin oğlu bu gün rayonun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
    Mərasimdə şəhidin ailə üzvləri, Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

    Daşkəsən Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyev şəhidin dəfnində çıxış edərək bildirmişdir ki, müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın rəşadətli, güclü ordusu doğma torpaqlarımızı erməni işğalından azad edib, Qarabağda Azərbaycan bayrağı yüksəkliyə qaldıraraq qələbə çaldı. Yeni, müasir Azərbaycan tarixini yazdılar. Ulu Tanrıdan dünya şöhrətli ölkə Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyevi qorumağı və Prezidentimizin də dövlətimizi, xalqımızı qorumasını arzulamışdır.

    Torpaqlarımızın işğaldan azad olunması uğrunda Vətən müharibəsi döyüşlərində neçə-neçə hərbçi əsgər və zabitlərimiz şəhidlik zirvəsinə ucalmışdır. Şəhid Cəfərov Vüsal Saxləddin oğlu həmişə ürəyimizdə, qəlbimizdə əbədi yaşayacaqdır.
    Əhəd Abıyev şəhidimiz Cəfərov Vüsal Saxləddin oğluna uca Allahdan rəhmət diləmiş, bütün şəhidlərimizin ruhu qarşısında baş əyərək onların valideynlərinə səbr arzulamışdır.
    Şəhidin atası öz oğlunun şəhid olmasından qürur hissi keçirdiyini bildirmiş, onun oğluna göstərilən diqqətə görə ölkə rəhbərinə və rayon ictimaiyyətinə minnətdarlıq etmişdir.

    Şəhid Vüsal Cəfərov Daşkəsəndə dəfn edildi - VİDEO/FOTO
    Şəhid Vüsal Cəfərov Daşkəsəndə dəfn edildi - VİDEO/FOTO
    Şəhid Vüsal Cəfərov Daşkəsəndə dəfn edildi - VİDEO/FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər