Ermənistanın baş naziri: “Uzun illər səhv etmişik”

Ermənistanın baş naziri: “Uzun illər səhv etmişik”
  • Dünya

  • Ermənistanın Baş naziri Nikol Paşinyan ermənilərin uzun illər səhv etdiklərini deyib.

    Moscow-baku.ru xəbər verir ki, bu barədə o, özünün "Facebook” səhifəsində yazıb.

    Onun sözlərinə görə, ermənilər reallıqla üzləşməli və uzun illər səhv etdiklərini etiraf etməlidirlər.

    "Səhvlərimiz sistemli, konseptual, dolğun xarakter daşıyırdı. Bütün bunlar hətta dövlət institutlarımız üçün təhlükə yaradan nəticələrə gətirib çıxardı. Bunu baş nazir olanda və bundan sonra başa düşdüm? Əlbəttə, bəli.

    Vəziyyəti dəyişdirməyə çalışdım? Əlbəttə, bəli. Ancaq indi daha da əminəm ki, tarixin hərəkət edən çarxını dayandırmaq üçün sadəcə vaxt yox idi”, - deyə baş nazir bildirib.

    O, baş verənlər üçün bütün məsuliyyəti öz üzərinə götürdüyünü və xalqın verəcəyi hər bir qərarı itaətkarlıqla qəbul edəcəyini deyib.

    "Bu, əlbəttə ki, müharibə şəraiti ilə bağlı bir araşdırma aparmaq lazım olmadığı və konkret epizodların günahkarlarını tapıb məsuliyyətə cəlb edilməməsi demək deyil, əksinə, reallığın daha dərindən təhlilinə ehtiyacımız var, çünki baş verənlər bir və ya bir neçə insanın cəmi bir neçə illik səhvlərinin nəticəsi ola bilməz”, - deyə Paşinyan qeyd edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər