Millət vəkili Qənirə Paşayeva və RHİM İB-in sədri Arzu Bağırova “Cəsur döyüşçü” medallı qazi İdrak Abuşovla görüşüblər - FOTO

Millət vəkili Qənirə Paşayeva və RHİM İB-in sədri Arzu Bağırova “Cəsur döyüşçü” medallı qazi İdrak Abuşovla görüşüblər - FOTO
  • Cəmiyyət

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva ilə Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayonu Viləş kənd sakini, Vətən Müharibəsinin qazisi İdrak Valeh oğlu Abuşov və qazinin həyat yoldaşı ilə görüşüblər.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva qazini işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz qazi qardaşımız, siz Vətən uğrunda fədakarlıqla döyüşmüş, öz sağlamlığınızı itirmisiz. Biz Sizə çox minnətdarıq. Siz artıq yalnız öz ailənizin deyil, bütün Azərbaycanın əzizi, doğmasısız. Sizin qayğınız bizim qayğımızdır.

    Siz, ölkə Prezidentinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif edilmisiz. Bu medal Sizə respublikamızın ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarının uğurla yerinə yetirilməsində, qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinizə görə verilib.
    Sizin kimi cəsur gənclərimizlə hər zaman qürur duyacağıq!

    Sizin və cəbhə yoldaşlarınızın cəsurluğu sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.
    Tanrıya çox şükürlər olsun, şəhid cəbhə yoldaşlarınızın qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi Tarixi Qələbə münasibəti ilə bir daha təbrik edirəm”!

    Qeyd edək ki, qazimiz 16 yanvar 1990-cı ildə Masallının Viləş kəndində doğulub. Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edib. Zəngilan rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib. Bədəninin müxtəlif nahiyələrində, eləcə də başında qəlpə hissələri qalıb. Döyüşlərdə aldığı ciddi xəsarətlərin bir çox əlamətləri hələ də qalmaqdadır; ayağının biri topuqdan yuxarı kəsilib.
    Qazinin qardaşı Kamal Valeh oğlu Abuşov da Vətən Müharibəsinin iştirakçısıdır, hazırda tankçı kimi xidmətini davam etdirir.

    Qazi və onun xanımı ilə ətraflı söhbət edən Qənirə Paşayeva Arzu Bağırova, onlara tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Təbrik və təşəkkür Məktubu təqdim edib.

    Görüşdə “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva iştirak edib.
    Millət vəkili Qənirə Paşayeva və RHİM İB-in sədri Arzu Bağırova “Cəsur döyüşçü” medallı qazi İdrak Abuşovla görüşüblər - FOTO
    Millət vəkili Qənirə Paşayeva və RHİM İB-in sədri Arzu Bağırova “Cəsur döyüşçü” medallı qazi İdrak Abuşovla görüşüblər - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər