Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü binadan atdı- Şok səbəb

Bakıda ana iki azyaşlı övladı ilə birlikdə özünü binadan atdı- Şok səbəb
  • Olay

  • Bakıda intihara cəhd hadisəsi baş verib.

    Asiya.az
    "Report"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

    1991-ci il təvəllüdlü Cəfərova Nigar Musa qızı və onun 4 yaşlı oğlu - 2016-cı il təvəllüdlü Manafov Hüseyn Cavid oğlu, habelə qadının digər azyaşlı oğlu (adı dəqiqləşdirilir - red.) özlərini yaşadıqları binanın 4-cü mərtəbəsindən atıblar.

    Ağır bədən xəsarətləri alan yaralılar xəstəxanaya çatdırılıblar. Ananın və övladlarının vəziyyətlərinin ağır olduğu bildirilir. İkin məlumata görə, hər üçü kəllə-beyin travması alıblar, sınıq-çıxıqları və ya digər xəsarətləri yoxdur. Qadın istintaqa ilkin ifadəsində bildirib ki, əri Cavid Cəfərov narkomandır və azyaşlı oğlanlarını da narkotikə öyrəşdirmək istəyir. O deyib ki, ərinin bu hərəkətlərinə görə övladlarının narkotikə qurşanmaması üçün onları və özünü öldürmək qərarına gəlib.

    Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

    Ər Cavid Cəfərov saxlanılıb, araşdırma aparılır.
    PAYLAŞ:

    Oxşar xəbərlər