Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR

Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
  • Hərb

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində yaralanmış bir qrup qazi ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva görüşdə iştirak edən qazilər Dəniz Aslan, Elmir Hüseynov, Təbriz Qarazadə, Kamil Əhmədov, Emin Fərəcov, Vəli Həsənov, Elməddin Məhərrəmovİlkin Bağırovu işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edib: “Əziz qazilər, sizə, sizin ailənizə, döyüş yoldaşlarınıza Milli Məclisin Mədəniyyət Komitəsi adından, şəxsən öz adımdan ən xoş diləklərimi yetirirəm, bir daha təbrik edirəm!

    Sıralarında döyüşdüyünüz Silahlı Qüvvələrimiz Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək zəfərin qazanılmasında fədakarlıqlar göstərərək, gələcək hərbçi nəsillərimiz üçün unudlumaz örnəklər yaratdı.
    Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini dünyaya göstərdiniz. Sizlər əcdadımızdan gələn hərb ənənələrini texnoloji yeniliklərin tətbiqi ilə zənginləşdirərək, Ermənistanın 30 ilə yaxın formalaşdırmağa çalışdığı saxta mifləri 44 gün içində darmadağın etdiniz.

    Özəlliklə vurğulamaq istərdim ki sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
    Müharibə günlərində şəhid olan hərbçilərimizin ruhu qarşısında bir daha ehtiramla baş əyir, onların müqəddəs işini yarımçıq qoymadığınız üçün sizə təşəkkür edirəm!
    Yaralarınız tez sağalsın! Bununçün fədakar həkimlərimiz indiyədək olduğu kimi bundan sonra da sizin qulluğunuzdadır, fürsətdən istifadə edib, iki cəbhədə döyüşən ağxalatlı əsgərlərimizə də öz minnətrdarlığımı çatdırıram. Biz də, əlimizdən gəldiyi qədər sizin yanınızdayıq. Sizə diqqət-qayğı göstərmək sahəsində ali dövlət rəhbərliyimizin yaratdığı örnək, bizi sizlərə qarşı ikiqat diqqətli olmağa dəvət edir.
    Sizi, Sizin timsalınızda çiyin-çiyinə döyüşdüyünüz bütün əsgərlərimizi, zabitlərimizi bir daha tarixi zəfər və xilaskarlıq missiyasının uğurla sonuclanması münasibəti ilə ürəkdən təbrik edirəm”!

    Qazilərimizin hər birinin sağlıq durumu, qayğıları ilə ayrı-ayrılıqda maraqlanan Q.Paşayeva, müvafiq qurum-quruluşlarla, o cümlədən tibb müəssisələri telefonla əlaqə saxlayıb və qazilərimizin bəzi qayğıları, sualları yerindəcə aydınlığa qovuşdurulub.

    Q.Paşayeva qazilərə Mədəniyyət Komitəsi adından Təbrik və Təşəkkür Məktubu, üstünə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı bağışlayıb.

    Görüşdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi Təranə Məmmədova, “Nəfəs” Xeyriyyə İctimai Birliyinin sədri Firəngiz Balakişiyeva, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova iştirak edib.Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qənirə Paşayeva yaralı qazilərlə görüşdü - FOTOLAR
    Qazilər səmimi görüş üçün təşəkkür edib.
    PAYLAŞ:

    Oxşar xəbərlər