Bayramı məşhur otellərdə keçirmək neçəyə başa gələcək? - Sorğu

Bayramı məşhur otellərdə keçirmək neçəyə başa gələcək? - Sorğu
  • Araşdırma / İqtisadiyyat

  • Məlum olduğu kimi, pandemiyadan öncə bayram günlərində otellərdə qiymətlər fantastik dərəcədə qalxırdı. Çünki pandemiyadan əvvəl otellərə həm müraciət çox idi, həm də xüsusi şou-proqramlar təşklil edilirdi. Təbii ki, bu səbəbdən də sahibkarlar normal günlərə nisbətən qiymətləri ikiqat artırırdı.


    Amma dediyimiz kimi əvvəl şou-proqramlar vardı, restoran-kafelər çalışırdı...



    Bəs, yoluxmanın pik həddini yaşadığımız bu bayram günlərində necə, məşhur otellərdə qiymətlər yenə yüksək olacaq? Restoran-kafelərin bağlı olduğu dönəmdə oteldaxili kafe və restoranlar çalışacaqmı?


    Asiya.az
    xəbər verir ki, sfera.az mövzuyla bağlı ölkənin tanınmış otel şəbəkələri arasında sorğu keçirib:


    "Şahdağ Turizm Mərkəzi"-də yerləşən "Şahdağ Spa Hotel"-də bayram günləri üçün bir otağın qiyməti 250 manat olacaq:


    "Bayram günləri üçün xüsusi paketlər var və elə rezerv etmək mümkündür. Amma bayram günü üçün axşam yeməyinin necə təqdim edilməsi ilə bağlı hələ ki, qərar yoxdur. İki nəfər üçün bir günlük qiymət 250 manatdır və bu qiymətə səhər yeməyi də daxildir".



    Şamaxıda yerləşən "Shamakhi Palace Sharadil" otelindən bildirdilər ki, oteldaxili restoran-kafelər elə indi də işləyir:


    "Bayram günləri üçün otelimiz iki nəfərlik paketlər təklif edir. 31 dekabr 2 yanvar aralığı üçün bu paketlərin qiyməti standart otaqlara görə 2 nəfərə 700 manatdan başlayır. Qonaqlar bir gün əlavə qalmaq üçün isə 238 manat ödəniş etməlidirlər. Bu qiymətlərə yalnız səhər yeməyi daxildir. Restoranlarımız normal günlərdə olduğu kimi bayram günü də fəaliyyət göstərəcək. Lakin yeni il şou-proqramı olmayacaq".



    "Relax Lerik Otel"-də 2 nəfər üçün olan bir otağın qiyməti 24 saat üçün 300 manat civarındadır. Otel nümayəndəsi bayram günü hansısa şənliyin keçirilməyəcəyini deyərək eyni zamanda günün "darıxdırıcı" olmayacağını da bildirib:


    "Bayram günləri üçün boş yerlər var. Həmin günlər çox adam reserv etdirmir deyə oteldə sıxlıq olmayacaq. 31 dekabr günü üçün hansısa şənlik keçirilməyəcək, amma gün darıxdırıcı da olmayacaq. Yəni, günü maraqlı etməyə çalışacağıq. Qabaqcadan otağı bron etdirmək lazımdır. 2 nəfər üçün 1 otağn qiyməti 299 manat, 2 otaq 390 manat təşkil edir".



    Paytaxt Bakıda yerləşən "Hilton Baku"-da bayram günləri hansısa qiymət artımı olmayacaq və restoran-kafelər işləməyəcək:


    "1 nəfər üçün səhər yeməyi də daxil standart otaq bir gecə üçün endirimlə 265 manat olacaq. Bayram günlərində pandemiya səbəbi ilə restoran-kafelərimiz işləməyəcək və hansısa şou-proqram keçirilməyəcək".



    Qəbələdə yerləşən "Qafqaz Riverside Hotel" nümayəndəsi bayram günləri qonaqların oteldaxili restoran-kafelərdə fon musiqisində yemək yeyə biləcəyini və bayramdan sonra qiymətlərdə endirimlərin olacağını deyib:


    "Bayram günləri üçün bir gün iki nəfərlik otağın qiyməti 333 manat, bir nəfərlik otağın qiyməti isə 313 manat olacaq. Bu qiymətlər 29-30 dekabr üçün də keçərlidir. Qiymətlər yanvarın 5-dən sonra aşağı düşəcək. Bayram günü hansısa şou-proqram olmayacaq. Restoran-kafe bizdə işləyir və fon musiqisində qonaqlar şam yeməyi yeyə bilər".



    Məlumat üçün qeyd edək ki, xüsusi karantin rejimi ilə əlaqədar olaraq Bakı eləcə də əksər bölgələrə giriş-çıxışın qadağan olunmasına baxmayaraq bayram günləri müxtəlif bölgələrdəki bu otellərə səyahət etmək itəyənlərin sayı yetərincədir. Bu isə öz növbəsində yoluxmanın artacağı və həmin insanların məsuliyyətsizliyi nəticəsində karantin rejiminin hələ bir müddət də uzadılacağı anlamına gəlir...
    PAYLAŞ:

    Oxşar xəbərlər