İtkin əsgərlərimiz belə axtarılır - VİDEO

İtkin əsgərlərimiz belə  axtarılır - VİDEO
  • Hərb / Asiya TV

  • Müvafiq dövlət qurumlarının təmsil olunduğu xüsusi komissiya itkin düşən əsgərlərimizin axtarışını fasiləsiz şəkildə davam etdirir.

    Asiya.az
    xəbər verir ki, Azvision.az -ın əldə etdiyi videoda axtarışların çətin şəraitdə, qarda, mürəkkəb relyefdə necə getdiyini görürük.

    Qeyd edək ki, 2020-ci il dekabrın 8-nə olan məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş 2723 nəfər hərbçisi dəfn edilib.

    Bundan başqa, müvafiq dövlət orqanları tərəfindən itkin düşənlərin axtarılması və eyniləşdirilməsi zəruri olan hərbi qulluqçuların DNT eyniləşdirilməsi iqtiqamətində aparılan işlər nəticəsində dekabrın 8-dən 21-dək 76 nəfər identifikasiya edilərək, ailələrinə verilib və dəfn edilib.

    Dekabrın 21-nə olan məlumata görə 2802 şəhid barədə məlumat təqdim olunub, 12 nəfər hərbi qulluqçu erməni əsirliyindən qaytarılıb.

    İtkin düşənlərin axtarılması və eyniləşdirilməsi zəruri olan hərbi qulluqçuların DNT eyniləşdirilməsi iqtiqamətində işlər davam etdirilir.

    PAYLAŞ:

    Oxşar xəbərlər