Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Sübhan Həsənovun atası ilə görüşüblər - FOTO

Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Sübhan Həsənovun atası ilə görüşüblər - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı şəhər sakini, şəhid əsgər Sübhan Həsənovun atası Rauf Həsənovla görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda comərdcə döyüşərək öz canını fəda etmiş oğulun atasısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik!
    Sizin övladınız artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir.

    Biz bilirik ki, sizin oğlunuz Goranboy rayonunda yerləşən hərbi hissədə snayperçi əsgər kimi xidmət edib. Suqovuşan qəsəbəsi istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Sübhan kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu.

    Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

    Şəhid atası Rauf Həsənova tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar, üzərinə “Qarabağ Azərbaycandır!” yazılmış qol saatı təqdim edilib.
    Görüşdə "Asiya.Az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
    Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Sübhan Həsənovun atası ilə görüşüblər - FOTO
    Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Sübhan Həsənovun atası ilə görüşüblər - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər