“İnternational” klinika səkini necə zəbt edib? - FOTOLAR

“İnternational” klinika səkini necə zəbt edib? - FOTOLAR
  • Araşdırma / İqtisadiyyat

  • Özəl tibb müəssisələrinin artması Azərbaycan səhiyyəsində rəqabətlilik mühitinin yaradılması ilə daha yüksək tibbi xidmətlərin göstərilməsinə hesablanıb.

    Danılmaz faktdır ki, indi bir çox özəl tibb ocaqlarında nümunəvi tibbi xidmət göstərilir və bu vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Amma təəssüf hissiylə bildirək ki, bu heç də bütün özəl tibb müəssisələrinə şamil edilə bilməz.


    Asiya.az xəbər verir ki, fəaliyyəti ciddi narazılıq doğuran belə müəssisələrdən biri də paytaxtın Aşıq Molla Cümə 103 A ünvanında fəaliyyət göstərən "İnternational” klinikadır. Bu dəfə isə şikayət heç də adıçəkilən klinikadakı tibbi xidmətlə bağlı deyil.

    Təqdim etdiyimiz fotolardan da gördüyünüz kimi klinikanın rəhbərliyi səkini bağlayaraq vətəndaşlara əlavə problemlər və gərginlik yaşadır. Belə ki, səkinin bağlanmasına görə vətəndaşlar məcburiyyət qarşısında qalaraq ya klinikaya daxil olmalı, və ya piyada keçidinin olmadığı avtomobil yoluna enərək yollarına davam etməlidirlər.

    Fotoları təqdim edirik:

    “İnternational” klinika səkini necə zəbt edib? - FOTOLAR
    “İnternational” klinika səkini necə zəbt edib? - FOTOLAR
    “İnternational” klinika səkini necə zəbt edib? - FOTOLAR
    “İnternational” klinika səkini necə zəbt edib? - FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər