Mart ayında Qarabağda böyük təxribatlar olacaq – HƏYƏCAN TƏBİLİ

Mart ayında Qarabağda böyük təxribatlar olacaq – HƏYƏCAN TƏBİLİ
  • Hərb / Manşet

  • "Bu təxribatlar göstərir ki, Rusiya sülhməramlıları üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmir və yaxud gəlmək istəmir”.

    Asiya.az
    xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında erməni silahlı birləşmələrinin növbəti dəfə Hadrutda hərbi təxribat törətmələrinə münasibət bildirərkən politoloq Cümşüd Nuriyev deyib:

    "Bu sülhməramlılar öz missiyalarına uyğun olmayaraq hərəkət edir. Əslində onların mandatı da qanuni deyil. Bağlanan üçtərəfli sazişin birinci maddəsində erməni silahlı qüvvələrinin çıxarılması öz əksini tapıb. Amma ara-sıra baş verən təxribatlar göstərir ki, bu tam olaraq baş verməyib. 4-cü maddəyə görə isə, onun təmin edilməsi üçün Azərbaycan işğaldan azad etdiyi ərazidə, ruslar isə ermənilərin yaşadığı təmas xəttində olmalıdır”.

    Həmsöhbətimizə görə, bu sayaq təxribatlar Moskvanın prosesə ikili standartdan yanaşmasının nəticəsidir:

    "Bir tərəfdən, Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bildirir, digər tərəfdən isə gələcəkdə Dağlıq Qarabağın statusuna baxıla biləcəyini iddia edirlər. Belə təxribatlarda digər məqsəd isə Ermənistanda hakimiyyətin dəyişərək, rusmeylli şəxsin iqtidara gətirilməsidir. Onun əlilə də Dağlıq Qarabağda daha genişmiqyaslı təxribatlar törətməyi düşünürlər”.

    C. Nuriyev düşünür ki, 2021-ci ilin martına doğru daha böyük təxribatlar baş verə bilər:

    "Rus politoloqları həmin təxribatı təxminən gələn ilin martına planlaşdırıblar. Onlar kiçik müharibəyə əl atmaqla Azərbaycanı fakt qarşısında qoymaq istəyirlər ki,Bakı yenidən Dağlıq Qarabağa hansısa inzibati ərazi statusu versin və Rusiya daha 100 il Azərbaycanı təzyiq altında saxlasın. Növbəti dəfə belə təxribatlara yol verilsə, Azərbaycan tərəfi sülhməramlıların çıxarılması tələbini qoymalıdır.

    Təklif edirəm ki, siyasi cəhətdən Qarabağın hüquqi müdafiə komitəsi yaradılsın. Qarabağla bağlı Rusiyanın planları həyat keçsə, 2021-ci il Azərbayan üçün heç də yaxşı olmaya bilər. Azərbaycan bunlara hazırlıqlı olmalıdır”.
    PAYLAŞ:

    Oxşar xəbərlər