Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Rahid Sadıxovun atası ilə görüşüb - FOTO

Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Rahid Sadıxovun atası ilə görüşüb - FOTO
  • Hərb

  • Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Hişkədərə kənd sakini, şəhid əsgər Rahid Sadıxovun atası Vahid Sadıxovla görüşüblər.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid atasını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Əziz Şəhid atası, Siz Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş oğulun atasısınız. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid valideynləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Övladınızın ruhu qarşısında dərin ehtiramla baş əyirik. Sizin övladınız artıq yalnız öz ailəsinə, öz el-obasına deyil, bütün Azərbaycana, dünya azərbaycanlılarına əzizdir, doğmadır.

    Biz bilirik ki, sizin oğlunuz Vətən Müharibəsindən mərdliklə vuruşub, 28 oktyabrda Suqovuşanda şəhid olub.
    İgid oğlunuz, Azərbaycan Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Bu medal Rahidə, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə verilib.

    Rahid kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyuldu. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

    Şəhid atasına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.
    Görüşdə "Asiya.Az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
    Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Rahid Sadıxovun atası ilə görüşüb - FOTO
    Millət vəkili Qənirə Paşayeva və QHT sədri Arzu Bağırova şəhid Rahid Sadıxovun atası ilə görüşüb - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər