“Çelsi” “Mançester Siti”yə uduzub

“Çelsi” “Mançester Siti”yə uduzub
  • İdman

  • İngiltərə Premyer Liqasında XVII tur davam edir.

    Asiya.az
    saytının məlumatına görə, bu gün keçirilməli olan 3 oyundan ikisi baş tutub.

    “Bernli” – “Fulhem” qarşılaşması qonaqlarda koronavirusa yoluxma halının artması səbəbindən təxirə salınıb.

    Son iki turda rəqibləri ilə bərabərə qalaraq büdrəyən “Lester” autsayderlər zonasından uzaqlaşmağa çalışan “Nyukasl”ın qonağı olub. Bütün qolların ikinci hissədə vurulduğu görüşdən “Lester” 3 xalla ayrılıb.

    Turun mərkəzi görüşü Londonda olub. Axırıncı iki görüşdə aktivinə cəmi 1 xal yazdıran “Çelsi” 6 turdur uduzmayan (4 qələbə, 2 heç-heçə) “Mançester Siti”ni qəbul edib. Matçın taleyini ilk yarıdaca həll edən “şəhərlilər” səfərdən asan qələbə ilə dönüb.

    Turun “Sauthempton” – “Liverpul” matçı yanvarın 4-də (00:00) keçiriləcək.

    İngiltərə Premyer Liqası
    XVII tur
    3 yanvar
    “Nyukasl” – “Lester” – 1:2
    Kerroll, 82 – Maddison, 55, Tilemans, 72
    “Çelsi” – “Mançester Siti” – 1:3
    Hadson-Odoi, 90+2 - İlkay Gündoğan, 18, Foden, 21, De Bruyne, 34
    PAYLAŞ:

    Oxşar xəbərlər