Masallıdan olan şəhid Əli Nəcəfovun atası ilə görüş keçirildi

Masallıdan olan şəhid Əli Nəcəfovun atası ilə görüş keçirildi
  • Hərb / Manşet

  • Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva və Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin (RHİMİB) sədri Arzu Bağırova Masallı rayon, Tüklə kənd sakini, şəhid əsgər Əli Seyran oğlu Nəcəfovun ailə üzvləri ilə görüşüb.

    Asiya.az
    xəbər verir ki, Qənirə Paşayeva şəhid ailəsini işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: “Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş əsgərimizin ailə üzvlərisiz. Düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid ailələri haqq edirsiz. Sizə çox minnətdarıq!

    Əlinin əziz ruhu qarşısında dərin ehtiramla baş əyirik. O, artıq yalnız öz ailəsinə deyil, bütün Azərbaycana əzizdir, doğmadır.
    Biz bilirik ki, Əli həqiqi hərbi xidmətdə olan əsgər kimi Vətən torpaqlarının azad olunması uğrunda gedən döyüşlərdə iştirak edib. O, bir çox döyüş əməliyyatlarında qəhrəmanlıqla iştirak edib, öz şücaəti iləs eçilib. Vətən qarşısında əsgəri borcunu vicdanla, şərəflə yerinə yetirən Əli, oktyabrın 20-də düşmənin snayperindən açılan gülləyə tuş gəlib.

    Əli Nəcəfov Azərbaycan Prezidentinin Sərəncamına əsasən "Vətən uğrunda" medalı ilə təltif edilib.
    O, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında fədakarlıqla iştirak edib, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirib.

    Əli kimi vətənpərvər gənclərimizlə hər zaman qürur duyacağıq! Onun və cəbhə yoldaşlarının vətənpərvərliyi sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olundu, xalqımızın 30 illik həsrətinə son qoyulub. Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirik”!

    Şəhidimizin əziz ailə üzvlərinə tarixi zəfər münasibəti ilə Milli Məclisin Mədəniyyət Komitəsi və RHİMİB adından Məktublar təqdim edilib.
    Görüşdə "Asiya.Az" xəbər portalının baş redaktoru Cəfər Cəfərov iştirak edib.
    Masallıdan olan şəhid Əli Nəcəfovun atası ilə görüş keçirildi
    PAYLAŞ:

    Oxşar xəbərlər