Bəzi ölkələrdə benzin və dizelin qiyməti - SİYAHI

Bəzi ölkələrdə benzin və dizelin qiyməti - SİYAHI
  • Dünya

  • Yanvarın 5-dən Azərbaycanda Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat, dizelin 1 litrinin qiyməti isə 80 qəpik olacaq.

    Asiya.az
    xəbər verir ki, hazırda bir sıra ölkələrlə müqayisədə Azərbaycanda benzin və dizelin qiyməti ucuzdur.

    Hazırda Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün:
    -Rusiyada 1,0 manat;
    -Ukraynada 1,72 manat;
    -Belarusda 1,14 manat;
    -Gürcüstanda 1,12 manat təşkil edir.

    1 litr üçün dizel yanacağının qiyməti;
    -Türkiyədə 1,44 manat;
    -Rusiyada 1,12 manat;
    -Ukraynada 1,72 manat;
    -Belarusda 1,21 manat;
    -Ermənistanda 1,19 manat;
    -Gürcüstanda 1,15 manat səviyyəsindədir;
    -Avropa ölkələrində yanacağın qiyməti olduqca yüksəkdir;
    -Gürcüstanda benzinin Azərbaycanla müqayisədə baha olması qonşu ölkəyə qanunsuz daşımalara səbəb olur.

    Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin Azərbaycanda pərakəndə satış qiyməti əksər MDB ölkələri ilə müqayisədə aşağıdır.

    Qeyd edək ki, 4 yanvar 2021-ci il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib. İclasda aidiyyəti qurumların müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər