Bu gün ABŞ-da böyük terror planlaşdırılır - Dəhşətli SƏS YAZISI yayıldı...

Bu gün ABŞ-da böyük terror planlaşdırılır - Dəhşətli SƏS YAZISI yayıldı...
  • Dünya

  • ABŞ-da terror təhdidini əks etdirən səs yazısı böyük həyəcana səbəb olub.

    Asiya.az
    xəbər verir ki, rəqəmsallaşdırılmış səsdə, "Çərşənbə günü Konqres binasına doğru uçacağıq. Qasım Süleymaninin intiqamı alınacaq" sözləri yer alıb.

    CBS televiziyasında efirə verilən səs ölkənin təhlükəsizlik orqanlarını ciddi təbirlərə sövq edib. FTB və Federal Aviasiya İdarəsi dərhal səsin mənbəyini axtarmağa başlayıb. Böyük fəlakətlə bağlı verilən tarix isə məhz bu gündür.

    Səs yazısı cinayət əməli sayılan "aviasiya tezliklərinin pozulması" kimi araşdırılır. Rəsmi şəkildə müdaxilə üçün cddi səbəblər mövcuddur.

    FTB-dən "Daily Mail" qəzetinə verilən məlumatda qeyd olunub ki, ictimai təhlükəsizliyə yönəlmiş bütün zorakılıq təhdidləri ciddiyə alınır və bu məsələ də araşdırılır.

    Federal Aviasiya İdarəsindən verilən açıqlamada isə aviasiya təhlükəsizliyinə qarşı yönəlmiş hər hansı təhdidlə bağlı federal hüquq-mühafizə və milli təhlükəsizlik əməkdaşları ilə birlikdə addımların atılacağı öz əksini tapıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər