Asiya.az xəbər verir ki, bu sözləri Sfera.az-a açıqlamasında Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyanın Bakıya səfər edəcəyilə bağlı erməni mətbuatının məlumatını şərh edərkən "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib:
Bu məsələdə Ermənistanda ciddi narazılıq var. Vaxtilə torpaqlarımızı işğal etdiklərindən ermənilər üçün sərhədlərin fərqi yox idi. İndi isə torpaqlarımız işğaldan azad edildiyindən bu məsələ ermənilər üçün ağrılı prosesə çevrilib. Ola bilsin, erməni təhlükəsizlik xidmətinin rəhbərinin Bakıya səfəri məhz bu məqsədə xidmət edir”.
Bununla belə, həmsöhbətimiz xəbəri yayan mənbənin Paşinyana müxalif olmasını əsas gətirərək, informasiyanın dəqiqliyinə şübhə ilə yanaşdığını bildirdi:
"Xəbərin dəqiqliyi şübhəlidir. Çünki xəbəri yayanlar Ermənistan baş naziri Nikol Paşinyana müxalif olan qüvvələrdir. Onlar da Paşinyanın mövqeyini zəiflətməyi düşünürək belə məlumatları qəsdən yaya bilərlər”.