İrandan dünyanı qorxuya SALAN ADDIM: Fransa, Almaniya və İngiltərə HƏRƏKƏTƏ KEÇDİ

İrandan dünyanı qorxuya SALAN ADDIM: Fransa, Almaniya və İngiltərə HƏRƏKƏTƏ KEÇDİ
  • Dünya

  • Fransa, Almaniya və İngiltərə İranın uranın zənginləşdirilməsi proqramından narahatdır.

    Asiya.az
    xəbər verir ki, bu barədə ölkələrin Xarici İşlər Nazirlikləri birgə bəyanat yayıb.

    Bildirilib ki, İranın uranı 20%-dək zənginləşdirməsi dərin təşviş yaradır. Bu addımın inandırıcı səbəbi yoxdur və silahlanma riski daşıyır. Həmçinin, bu addım İranın Hərtərəfli Birgə Fəaliyyət Planı çərçivəsindəki öhdəliklərini açıq şəkildə pozur.

    Bundan başqa, uranın zənginləşdirilməsi ABŞ ilə diplomatik danışıqlara geri qayıtmaq fürsətini təhlükəyə atır.

    Avropa ölkələri İranı uranın 20% səviyyəsində zənginləşdirilməsi fəaliyyətinə dərhal son verməyə, proqramın nüvə sazişinin çərçivəsində həyata keçirməyə davam etməsinə çağırıb.

    Qeyd edək ki, İran Atom Enerjisi Qurumu 5 yanvarda uranın zənginləşdirilməsi 20%-ə qaldırdığını açıqlamışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər