Ən böyük futbolçu sülalələrinin siyahısı bəlli olub

Ən böyük futbolçu sülalələrinin siyahısı bəlli olub
  • Maraqlı / İdman

  • Dünyanın ən böyük futbolçu sülalələrinin siyahısı açıqlanıb.

    Asiya.az
    saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) üç nəsli əhatə edən və ən çox oyun keçirən 21 sülaləni müəyyənləşdirib.

    Cədvələ norveçli Berqlər başçılıq edir. Harald, oğulları Oryan, Runar, Aril, nəvəsi Patrik ümumilikdə 1153 oyun keçirib. İkinci sırada daha məşhur sülalə yer alıb. Danimarkalı Laudrupların hesabında 1092 oyun var. Finn, oğulları Mikael və Brayan, nəvələri Mads və Andreas buna nail olub.

    İlk “üçlüy”ü planetin ən məşhur sülaləsi olan Maldinilər qapayır. Çezare, oğlu Paolo və nəvəsi Danielin hesabında artıq 1066 matçı var.

    1000-i arxada qoyan 4-cü sülalə Almaniyadandır. Ervin Zeeler, oğulları Diter və Uve, nəvəsi Levin Öztunalı ümumilikdə 1014 dəfə meydana çıxıb.

    Azərbaycan futbolçularının kənar qaldığı cədvəldə Türkiyəni Altıntaşlar təmsil edib. Mustafa, oğulları Yaşar və Yusuf, nəvəsi Batuhan ümumilikdə 546 görüşdə şans qazanıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər